Ermənistanda rusiyalı sərhədçi yol qəzasında ölüb, digəri yaralanıb

Ermənistanın cənubunda iki nəfər rusiyalı sərhədçi qəzaya düşüb.
APA xarici KİV-ə istinadən xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsində onlardan biri ölüb, digəri yaralanıb.
Qeyd olunub ki, "UAZ" markalı avtomobilin Meqri-Nrnadzor yolunda dərəyə düşməsi nəticəsində, 30 yaşlı sərhədçi yerindəcə ölüb, 22 yaşlı sərhədçi isə xəstəxanaya aparılıb.