Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılır.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində qeydə alınıb.
23 aprel 2024-cü ilə – 1 il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.
Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır.