Yeni qanun layihəsi narahatlıq doğurdu
Yusif Nəzərli
05:22 18.05.2025
Sağlamlıq
391
Rəşad Mahmudov: “Vicdansızlıq anlayışı həkimlərin peşə nüfuzuna zərər vura bilər”
“İnzibati Xətalar Məcəlləsinə təklif edilən tibb işçilərinin vicdansız münasibəti termini bizi narahat etməlidir”. Bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib. Deputat bildirib ki, qanunvericilik yalnız faktla sübut edilmiş konkret əmələ və nəticəyə əsaslanır:
“Subyektiv, etik mülahizələrə əsaslanma yoxdur. Tibbi səhlənkarlıq üçün qanunda kifayət qədər mexanizm var. Biz vətəndaşların sağlamlığının qorunmasını tam dəstəkləyirik. Ancaq bu kimi qərarlar, xüsusilə subyektiv dəyərlərlə, vicdansızlıq anlayışı ilə həkimlərin peşə nüfuzunun qorunması baxımından problemlərin yaranmasına səbəb ola bilərik. Biz bir həkimə deyirik ki, intuisiyana güvən, sonra da deyirik ki, səni buna görə cəzalandıracağıq”.
Qeyd edək ki, Milli Məclisin dünənki plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı