
Kənan Həkimov: Bu qələbə uzun illər aparılan zəhmətin bəhrəsidir
08:55 02.06.2025
İdman
335
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.
Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəliblər. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.
Oyunu dəyərləndirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, minifutbol üzrə milli komandamızın Bakıda keçirilən dünya çempionatında qalib gəlməsi böyük uğurdur:

“Bu qələbə uzun illər aparılan zəhmətin bəhrəsidir. Millimiz daha öncə 2022-ci ildə Avropa çempionu olmuşdu. Komandamızın heyətində çıxış edən futbolçuların hamısının yerli olması bu qələbənin önəmini daha da artırır. Bu o deməkdir ki, bizim legionersiz və milliləşdirilmə olmadan da böyük qələbələr qazana biləcək potensialımız var. Yetər ki, işlər düzgün qurulsun. Həm infrastruktur, həm minifutbolda yerli çempionatın təşkili, qalib klubların avrokuboklarda iştirakı bir sözlə bu istiqamətdə kütləviliyə yönəlik addımların məntiqi nəticəsi millimizin dünya çempionluğu oldu. Başqa sözlə bu günə kimi görülən işlər və seçilən strategiya məhz bu sahədə böyük uğurlarla hesablanmışdı. Bu qələbə əlbəttə ki, futbolun daha da kütləviləşməsinə təkan verəcək. Bu günlər ərzində Milli Gimnastika Arenasında yüzlərlə azarkeş millimizin oyununu tribunadan izləyirdi. Final matçına ümumiyyətlə bilet tapmaq mümkün deyildi. Bu məqamlar ölkəmizdə futbolun nə qədər sevildiyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm