
Sülh yalnız şərtsiz atəşkəslə mümkündür
Yusif Nəzərli
02:34 03.06.2025
Siyasət
382
Memorandumun təfərrüatları ortaya çıxdı
“Rusiya Ukraynanı seytnota salmaq üçün vaxt oyunu oynayır”
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıqların ikinci raundu keçirilib. Görüş İstanbulun Çırağan sarayında baş tutub. Tərəflər arasında danışıqlar 1 saat 15 dəqiqə davam edib. Türkiyə xarici işlər naziri Hakan Fidan görüşün əvvəlində deyib ki, İstanbulda Rusiya və Ukrayna arasında baş tutan danışıqlar zamanı tərəflərin atəşkəsə dair təklif və tələblərinin qiymətləndirilməsi hədəfə alınıb.
O qeyd edib ki, hədəflər arasında əsirlərin mübadiləsi məsələsi də var. Fidan, həmçinin, iki ölkənin liderlərinin görüşünün hazırlanmasının vacib olduğunu vurğulayıb: “Tərəflərin qarşılıqlı problemlərə dair görüş məsafəsini azaltmaqla qarşıdakı sülhün yolunun daşlarını döşəmək mümkün olacaq. Danışıqların məhsuldar keçməsi ilə ən qısa zamanda müsbət irəliləməyə nail olmaq və arzuolunan nəticəni əldə etmək təməl gözləntimizdir”. Türkiyəli nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın sülhə inamı yeni fürsət pəncərəsini açıb. Görüşün sonunda münaqişənin həlli ilə bağlı sənədlər mübadiləsi aparılıb və hərbi əsirlərin azad edilməsi üçün yeni mərhələyə hazırlıq barədə razılığa gəlinib. Ukrayna Prezidenti V.Zelenski deyib ki, tərəflər arasında sənədlərin mübadiləsi Türkiyənin vasitəçiliyi ilə baş tutub. O, həm də təsdiqləyib ki, konkret tarixlərin hələ açıqlanmasına baxmayaraq, tərəflər daha bir əsir mübadiləsinin təşkili üzərində çalışırlar. Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Kiyev Rusiyadan münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsini alıb. Onun sözlərinə görə, Ukrayna tərəfinin sənədlə tanışlığı üçün bir həftə vaxtı olacaq.

Siyasi şərhçi İlqar Altay bildirib ki, hər iki tərəf danışıqlara, həll yolları şərtləri üzrə öz memorandumunu təqdim edir. Ancaq Rusiya tərəfi öz sənədini yalnız danışıqlar başlananda açıqlaya biləcəyini deyərək gizli saxlamışdı:
"Ukrayna tərəfi isə sənədi öncədən Moskvaya göndərib. Kiyev vurğulayıb ki, tam və şərtsiz atəşkəs - sülh danışıqlarına əsas şəraitdir. Atəşkəs ən az 30 gün olmalıdır. Təkrar aqressiyanın baş verməməsi üçün möhkəm və daimi sülh, təhlükəsizlik qarantı olmalıdır. Ukrayna neytrallıq və Avropa Birliyinə daxil olmamaq şərtindən imtina edir. Qeyd edir ki, ölkədə silahlı qüvvələrinin sayına, yerləşməsinə məhdudiyyət qoyula bilməz. Həmçinin, vurğulayır ki, beynəlxalq birlik Ukraynanın 2014-cü ildən bəri itirdiyi ərazilər üzərində Rusiyanın nəzarətini tanımayacaq. Rusiya üzərindən beynəlxalq sanksiyaların götürülməsi hissə-hissə, etaplarla ola bilər. Sonradan lazım gələrsə, yenə bərpa oluna bilsin. Rusiyanın xaricdəki aktivlərinin də Ukraynanın bərpası üçün istifadə olunması nəzərdə tutulur. Rusiya tərəfinin memorandum şərtləri açıqlanmır. Görünür, Rusiya Ukrayna sənədi ilə artıq bir həftədir tanışdır. Öz sənədini, şərtlərini isə Ukraynaya qəsdən son anda təqdim edir ki, Ukraynanın tanış olub, analiz etmə zamanı olmasın. Danışıqlardan sonra tələb etsin ki, "tez olun, hə, ya yox deyin", yoxsa proses pozulacaq. Yəni Kiyevi seytnot vəziyyətinə (düşünmək üçün vaxtın yetməzliyi) salmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya