Fransız, rus və farsların yaşamadığı bölgədə konsulluq açma yarışı: Zəngəzurun qərbində nə baş verir?
09:21 03.06.2025
Cənubi Qafqaz
278
Dünən Gorusda Fransanın fəxri konsulluğu açılıb. Ermənistan hakimiyyəti fəxri konsulluğun açılmasını az qala kosmik miqyaslı hadisə kimi təqdim etsə də, baş konsulluq əvəzinə fəxri konsulluğun açılması geriyə addımdır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Fransanın niyə Qərbi Zəngəzurda baş konsulluq əvəzinə daha aşağı statuslu ofis açmasına gəlincə, erməni nəşri Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin açıqlamasına diqqət çəkib:
“Dekotini məsələni şəxsən özü qaldırıb və özü də cavab verib: “Niyə də konsulluq olmasın? Çünki Sünikdə (Qərbi Zəngəzur) konsulluq açmaq üçün kifayət qədər fransız yaşayır, amma bu, konsulluqdan daha çox məna kəsb edir, çünki fəxri konsulluğun öz fəaliyyətləri var, Gorus və Sünikdə ermənilər və fransızlar əl-ələ yaşayırlar”.
Fransa səfirinin bəyanatı sadəcə erməni tərəfini sakitləşdirmək cəhdidir. Qeyd edək ki, Sünikdə iranlılar yaşamır, amma Tehran 2022-ci ildə burada baş konsulluq açıb. Rusiya da üç ilə yaxındır Qafanda baş konsulluq açmaq istəyir. Erməni tərəfi icazə verməkdə maraqlı deyil, yayınmaqda davam edir. Hətta Moskva konsulluğun açılmasına icazə üçün artıq açıq tələblər qoyub, amma İrəvan xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra da Moskvaya dəqiq cavab verməyib. Bu da sübut edir ki, erməni tərəfi Rusiya ilə deyil, iranlılar və ya fransızlarla işləməyə üstünlük verir”.
Erməni analitiklər Fransa, Rusiya və İranın bölgəyə artan marağını Zəngəzur dəhlizi ilə əlaqələndirirlər. Ekspertlərə görə, Rusiya və Fransanın marağı gələcəkdə açılacaq dəhlizə nəzarət etmək məqsədi ilə bağlıdırsa, İran bu xəttin açılmasına mane olmağa çalışır. Amma Tehran artıq buna mane ola bilməyəcəyini anladığından ən azı porsesə yaxın olmaq istəyir. Hələlik İrəvan Moskvanı oyundan kənarda saxlamağa çalışır. Bölgədə artan rəqabətin gərginliyə yol aça biləcəyi proqnozlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya