
Əmək Liqasının sədri: Məsafədən əmək fəaliyyətinin təşkili işəgötürən üçün əlavə yük yaratmır
10:53 03.06.2025
Sosial
522
Azərbaycanda Əmək Məcəlləsində məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların və sair məsələləri nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihələrinin bir hissəsi də müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib.
Qeyd edilib ki, normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlik tərəfindən Nazirlər Kabinetinə təqdim olunur. Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin bir hissəsi də müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib və bir qismi isə müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Təqdim edilmiş layihələrə hazırda baxılmaqdadır: “Layihələrlə bağlı yeniliklər olduqda ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında demişdi ki, Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaları və sair məsələləri nəzərdə tutur.
Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, fikrimcə, məsafədən əmək fəaliyyətinin təşkili işəgötürən üçün əlavə yük yaratmır:

“Lakin məsafədən işləyən şəxslərlə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinin necə təmin ediləcəyi hüquqi və praktiki baxımdan bəzi qeyri-müəyyənliklər doğurur. Çünki iş yerində işçinin sağlamlığına dəyən ziyana görə işəgötürən məsuliyyət daşıyır və üçüncü şəxslər qarşısında məsuliyyətini sığortalayır. Xüsusilə məsafədən əmək fəaliyyəti zamanı işçinin öz yaşayış sahəsində, avtomobilində və ya üçüncü tərəfə məxsus digər ofis və məkanlarda işlədiyi hallarda ona necə cavabdehlik daşıyacaq? Bu məsələ necə tənzimlənəcək? Baxın bu çətinlik yarada bilər. Qalan məsələlərdə isə işəgötürən müəyyən edir ki, hansı işçi məsafədən, hansı yerindən işləsin. Bu, işəgötürənin hüququdur və sadəcə onun hüquqi çərçivələri yaradılır. Saatlıq tariflərdə, iş rejimində və digər məsələlərdə heç bir dəyişiklik gətirməyəcək. Minimum əmək haqqı alan şəxslərdə isə nəsə dəyişə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm