
Hacıbəy Heydərli: Azərbaycan mediasına qarşı aparılan qara piarın qarşısı effektiv şəkildə alınır
11:35 03.06.2025
Media
446
META (“Facebook” və “Instagram”) şirkəti 2025-ci ilin ilk rübünə dair “Adversarial Threat” adlı hesabatını yayımlayıb.
Hesabatda bildirilir ki, İranda yaradılmış və koordinasiyalı şəkildə idarə olunan saxta profillər və səhifələr müəyyən edilərək platformalardan silinib. Ümumilikdə 60 saxta hesab ləğv olunub: 17 “Facebook” profili, 22 “Facebook” səhifəsi və 21 “Instagram” hesabı.
Bu səhifələr Azərbaycan dilində fəaliyyət göstərib və əsas hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub. META həmin hesabların silinməsi üçün onların digər sosial şəbəkələrdəki fəaliyyətini də araşdırıb.
Araşdırma zamanı məlum olub ki, bu səhifələr populyarlıq görüntüsü yaratmaq məqsədilə saxta izləyicilərdən və süni rəylərdən istifadə ediblər.
İran Prezidentinin Azərbaycana səfəri zamanı bu profillərin xüsusi fəallıq göstərməsi və şərhlərin oxşar məzmunlu olması onların koordinasiyalı şəkildə idarə edildiyini göstərib. Bu profillərlə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vasitəsilə META-ya rəsmi şikayət göndərilib.
Hesabatda konkret hesab adları açıqlanmasa da, onların ETX-nin müraciəti əsasında silindiyi qeyd olunur. Qeyd olunan fəaliyyətlərlə bağlı monitorinqlər davam etdirilir və son bir ay ərzində İranla yanaşı, Rusiyadan idarə olunan və Azərbaycanı hədəfə alan dörd iri xəbər səhifəsinin də bağlanmasına nail olunub.
Azxəbər.com informasiya portalının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Sherg.az-a deyib ki, Azərbaycan mediasına və sosial şəbəkələrə qarşı hücumlar daim olub:

"Ölkəmizə qarşı hər zaman məqsədli şəkildə dezinformasiya və "feyk nyus" kampaniyaları aparılıb. Hətta sosial şəbəkələrdə saxta hesablar yaradılaraq qara piar fəaliyyəti həyata keçirilib. Xüsusilə Vətən müharibəsi dövründə bu cür halların açıq şahidi olduq. İran-Azərbaycan münasibətlərinin gərginləşdiyi vaxtlarda İrandan, o cümlədən Ermənistandan və hətta Rusiyadan Azərbaycan sosial media məkanına hücumlar təşkil olunub. Saxta profillər əvvəlcə Azərbaycanla, şəhid ailələri ilə bağlı həssas mövzularda paylaşımlar edərək izləyici toplayır, ardınca isə antiAzərbaycan mövqedən çıxış edib yalan və təxribat xarakterli məlumatlar yayırdılar. Bu baxımdan META şirkətinin hesabat yayımlayaraq ölkəmizə qarşı istifadə olunan saxta hesab və səhifələri silməsi müsbət haldır. Belə addımlar Azərbaycanın informasiya təhlükəsizliyi baxımından əhəmiyyətlidir".
Ekspert əlavə edib ki, bu gün Azərbaycanın dövlət qurumlarının META, TikTok və digər sosial şəbəkə platformaları ilə sıx əməkdaşlıq münasibətləri qurmaları sevindiricidir:
"Əvvəllər ölkəmizin müraciətlərinə biganə yanaşan platformalar indi Azərbaycanla əməkdaşlığa önəm verirlər. Bu da bir daha Azərbaycanın beynəlxalq informasiya müstəvisində artan nüfuzunu və gücünü göstərir. Hazırda isə sosial şəbəkələrdə Azərbaycan mediasına qarşı aparılan qara piarın qarşısı effektiv şəkildə alınır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm