
Suriya qayıdır: Əhməd əş-Şaraanın BMT kürsüsünə çıxması... -ŞƏRH
13:25 04.06.2025
Dünya
441
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa BMT-nin tribunasından çıxış etmək üçün sentyabrda ABŞ-a səfər edəcək. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, bu, 1967-ci ildən sonra ABŞ-a Suriya lideri səviyyəsində ilk rəsmi səfər olacaq.
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın sentyabrda BMT-nin tribunasından çıxış etmək üçün ABŞ-yə səfər edəcəyi xəbəri, bölgədə və beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin başlaya biləcəyindən xəbər verir. Bu, təkcə diplomatik jest deyil, 1967-ci ildən bəri ABŞ-yə Suriya lideri səviyyəsində ilk rəsmi səfər kimi həm tarixi, həm də siyasi baxımdan əhəmiyyətlidir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Əhməd əş-Şaraanın BMT-də çıxış etməsi artıq normal qarşılanması vacib məsələlərdən biridir:

“Çünki o, artıq Suriya adlı müstəqil bir dövlətin suveren və legitim hakimiyyətini təmsil edir. Buna görə də Əhməd əş-Şaraa BMT-də iştirak etmək hüququna malikdir. Göründüyü kimi, BMT bu məsələyə qarşı hər hansı bir tədbir görmür. Əksinə, bu xəbərin yayılması Əhməd əl-Şaraanın BMT kürsüsündən dünyaya səslənməsinə artıq razılıq verildiyini nümayiş etdirir. Əhməd əş-Şaraanın BMT kürsüsünə çıxması və oradan səslənməsi tamamilə Suriya dövlətinin və orada formalaşan yeni reallığın dünyaya çatdırılması, hakimiyyətin legitimliyinin daha da artırılması məqsədi daşıyır. Həmçinin ölkədə özbaşına fəaliyyət göstərən silahlı qrupların və terror təşkilatlarının tərksilah və mərkəzi hakimiyyətə tabe etdirilməsi istiqamətində atılan növbəti addımlardan biri kimi qiymətləndirilə bilər. Əhməd əş-Şaraa hazırda həm özünün legitimliyini artırmağa, həm də dövlətinin mənafelərini daha yaxşı qorumağa və təmin etməyə çalışır. Çünki fars rejimi elə bir vəziyyət formalaşdırmışdı ki, Suriya demək olar dünyadan təcrid olunmuşdu. Qərb dövlətləri, ABŞ və bir çox Avropa ölkələri bu rejimə qarşı sanksiyalar tətbiq etmişdi. Suriya isə daxildə parçalanma, vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Ölkənin ucqar rayonları, hətta paytaxt Dəməşqə yaxın bir çox ərazilər belə terror şəbəkələrinin yuvasına çevrilmişdi. İndi Əhməd Əş-Şaraa sivil dünyaya səslənməklə, bu neqativ vəziyyətə son qoymaq, daha ciddi beynəlxalq dəstək və həmrəylik mühiti formalaşdırmaq istəyir. O anlayır ki, sivil dünyaya qoşulmadan, bütün tərəflərlə münasibətləri bərpa etmədən, ölkədəki bu qarışıqlığa tam şəkildə son qoymaq və Suriyada sabitliyi bərpa etmək mümkün deyil. BMT-də iştirakı da ölkənin sivil dünyaya inteqrasiyası istiqamətində atılmış növbəti islahat addımı kimi qiymətləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət