Avropa oyanır: Almaniyada 1 milyon nəfərlik sığınacaq planı işə salınıb
Yusif Nəzərli
08:07 08.06.2025
Gündəm
413
Almaniya, Rusiyadan gələcək mümkün hücumlara qarşı tünelləri, metro stansiyalarını və digər yerləri bombalara davamlı sığınacaqlara çevirməyə hazırlaşır.
Sherg.az xəbər verir ki, Federal Sivil Müdafiə və Fəlakət Yardımı İdarəsinin (BBK) rəhbəri Ralph Tiesler, Almaniyanın qarşıdakı 4 il ərzində Rusiyadan gələcək hər hansı bir hücuma hazır olması gərəkliyini bildirib. Tiesler, uzun müddət Almaniyada müharibənin bir ehtimal kimi qəbul edilmədiyini, lakin bunun dəyişdiyini qeyd edib:
"Avropada böyükmiqyaslı bir hücum müharibəsinin riskindən narahatıq."
O, tünellərin, metro stansiyalarının, yeraltı qarajların, dayanacaqların və ictimai binaların zirzəmilərinin sığınacağa çevrilməsi üçün dərhal tədbir görülməsini və 1 milyon nəfərlik sığınacaq sahəsi yaradılmasını təklif edib.
Köhnə sığınacaqlar hazır deyil
Almaniyada təxminən 2 min sığınacaq və Soyuq Müharibədən qalma müdafiə otaqlarından yalnız 580-i işlək vəziyyətdədir. Bunlar da yalnız 480 min nəfəri qoruyur. Müqayisə üçün Finlandiyada 4,8 milyon nəfəri qorumağa imkan verən 50 min sığınacaq var.
Xəbərdarlıq sistemlərinə dəstək
Tiesler, əhalini təcili məlumatlandırmaq üçün tətbiqlərin və xəbərdarlıq sirenlərinin təkmilləşdirilməsi, eləcə də kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməli olduğunu bildirib.
Hökumət planların vacibliyini qəbul edib, lakin hələ rəsmi maliyyələşdirmə ayırmayıb. Müdafiə və infrastruktur üçün mart ayında sərbəst buraxılan milyardlarla avronun bir hissəsinin sivil müdafiəyə yönəldilməsi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat