Husilər İsrailin beynəlxalq hava limanını vurdu
Yusif Nəzərli
07:57 06.07.2025
Dünya
477
Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailin Təl-Əviv şəhərində yerləşən Ben Qurion hava limanına hipersəsli ballistik raketlə zərbə endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariə “Əl-Məsirə” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Fələstin-2” adlı hipersəsli raketlə həyata keçirilən əməliyyat uğurla icra olunub və nəticədə hava limanının fəaliyyəti qısa müddətə dayandırılıb.
İsrail Müdafiə Ordusu isə hücumla bağlı fərqli məlumat yayıb. Ordunun açıqlamasında bildirilir ki, Yəmən istiqamətindən atılan raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Hadisə ilə əlaqədar ölkənin bəzi bölgələrində hava hücumu siqnalları işə salınıb.
Hazırda hücumun dəqiq nəticələri və infrastruktura dəymiş mümkün ziyanla bağlı rəsmi təsdiq yoxdur. İsrail tərəfi hadisəni araşdırmaqda davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm