Saakaşvili amnistiyaya düşəcək? – Spiker açıqladı
09:35 07.07.2025
Cənubi Qafqaz
389
“Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin siyasətçilərin əfv olunması ilə bağlı təklifi Mixeil Saakaşviliyə aid deyil”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
O, dövlət başçısının təklifinin Ukrayna vətəndaşlarına şamil edilmədiyini vurğulayıb.
“Saakaşvili Ukrayna vətəndaşıdır. O, nəinki seçkilərdə iştirak etməli deyil, hətta seçkilər haqqında danışmaq imkanına belə malik olmamalıdır, çünki bu, müdaxilədir. Mixeil Kavelaşvilinin təklifi yalnız Gürcüstan Konstitusiyasını pozmuş bəzi siyasətçilərə aiddir”, - spiker söyləyib.
Xatırladaq ki, Gürcüstanın aparıcı müxalif partiya və birliklərin liderləri 7 və 8 ay müddətinə azadlıqdan məhrum ediliblər. Yeddi nəfər müxalif siyasətçi parlamentin M.Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.
Gürcüstan Prezidenti M.Kavelaşvili iyulun 4-də həbsdə olan siyasətçiləri əvf üçün müraciət etməyə çağırıb. O bildirib ki, həmin siyasətçilər oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə iştiraka hazırlıqlarını təsdiqləsələr, onlarla bağlı amnistiya aktını dərhal imzalayacaq.
M.Saakaşvili 2021-ci ilin sentyabrın 29-da səkkiz illik mühacirətdən sonra gizli yolla Gürcüstana dönüb. O, bir neçə gündən sonra – oktyabrın 1-də saxlanılıb. Eks-prezident sərhədi qanunsuz keçmə ittihamına görə 4 il 6 ay, 2009-2012-ci illərdə büdcə vəsaitlərini şəxsi ehtiyacları üçün xərclədiyinə görə isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onunla bağlı digər cinayət işləri üzrə məhkəmə prosesləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm