
Kabuslar fərdin şüuraltında toplanmış qorxu, narahatlıq və istəklərinin ifadəsidir -Psixoloq
13:30 10.07.2025
Sosial
477
Qorxulu yuxular əksər hallarda fərdin real həyatda yaşadığı və ya yaşamaqdan qorxduğu situasiyalarla bağlı olur
Şüuraltında toplanan emosional və psixoloji yüklənmələr müəyyən hallarda kabus şəklində ortaya çıxır
Yuxu zamanı kabus görmək insanların çoxunun həyatında azı bir dəfə yaşadığı narahatedici bir haldır. Bu hallar adətən yuxu rejiminin ortasında və ya sonuna yaxın baş verir və insanı qəfil oyada bilər. Kabuslar insanda qorxu, təlaş, çaşqınlıq kimi emosional reaksiyalar yarada bilər. Bəzən bu yuxular o qədər real görünür ki, ayıldıqdan sonra belə təsiri uzun müddət davam edir. Kabusla oyanan şəxs bəzən tərləmiş, ürək döyüntüsü sürətlənmiş və narahat hiss edə bilər. Uşaqlarda bu vəziyyət daha tez-tez müşahidə olunur, lakin böyüklər də bu haldan əziyyət çəkə bilər.
Gecə kabusları insanın ümumi yuxu keyfiyyətinə də mənfi təsir göstərə bilər. Nəticədə insan gün ərzində yorğun, halsız və diqqətsiz ola bilər. Kabuslar çox vaxt təkrarlandıqda artıq insanın psixoloji rahatlığını poza bilər.
Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a bildirdi ki, yuxular insanın şüuraltı proseslərinin təzahür formasıdır:

“Şüuraltı isə fərdin keçirdiyi emosiyalar, yaşantılar və xarakterik xüsusiyyətlər əsasında formalaşan psixoloji sahədir. Bu sahədə baş verən hadisələr yuxular vasitəsilə simvolik şəkildə əks olunur. Qorxulu yuxular əksər hallarda fərdin real həyatda yaşadığı və ya yaşamaqdan qorxduğu situasiyalarla bağlı olur. Sevincli yuxular isə insanın arzuladığı və əldə etmək istədiyi duyğularla əlaqələndirilə bilər. Şüuraltında toplanan emosional və psixoloji yüklənmələr müəyyən hallarda kabus şəklində ortaya çıxır. Bəzən insan itirməkdən qorxduğu şəxsləri, yaxud baş verməsindən ehtiyat etdiyi hadisələri kabuslarında görə bilər. Bu baxımdan yuxuların psixoloji göstərici kimi interpretasiyası mümkündür. El arasında “Allah yuxuda da göstərməsin” ifadəsi bu cür mənfi yuxuların emosional təsirini vurğulayan ənənəvi yanaşmalardan biridir. Həmçinin xalq inanclarına görə yuxuların suya danışılması, suyun enerjini özünə çəkmə xüsusiyyəti ilə əlaqələndirilir. Su simvolik olaraq təmizləyici gücə malik sayılır və yuxunun mənfi təsirini azaltmaq üçün vasitə kimi qəbul olunur. Nəticə etibarilə kabuslar fərdin şüuraltında toplanmış qorxu, narahatlıq və istəklərin bir növ ifadəsidir və onların psixoloji mahiyyəti bu kontekstdə dəyərləndirilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya