Zəngəzur dəhlizi tezliklə müsbət həll olunacaq - ŞƏRH
Yusif Nəzərli
04:23 23.07.2025
Gündəm
459
İndi Ermənistan öz ev tapşırığını yerinə yetirməlidir
Əlbəttə, burada Türkiyənin mövqeyidi əsas, həlledici mövqelərdəndir
"Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arasında konsensusun əldə olunmasını gözləyir və bu layihənin həyata keçirilməsinin bütün region ölkələrinin xeyrinə olacağına inanır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, Zəngəzur dəhlizindən təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər dövlətləri faydalanacaq: "Bu istiqaməti geoiqtisadi ölçü baxımından son dərəcə vacib hesab edirik.
Bu xətt regionumuzdan kənar coğrafi bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Ümid edirik ki, bu, nifaq mənbəyindən çox, barışıq simvoluna çevriləcək. İnanıram ki, region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik". Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı deyib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Dövlət başçısı təəssüflə bildirib ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb: "Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi ətrafında yüksək səviyyədə fəallığı Azərbaycan xarici siyasətinin uğuru kimi qiymətləndirmək olar. Sabiq XİN başçısı vurğulayıb ki, Azərbaycan tərəfindən gündəmə gətirilən və ölkəmizin əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək maneəsiz gediş-gəliş artıq dünyanın bir çox paytaxtlarında ciddi mövzu kimi müzakirə olunur:
"Hiss olunur ki, Əbu-Dabi görüşündə hansısa konfidensial razılaşmalar olub. İndi Ermənistan öz ev tapşırığını yerinə yetirməlidir. Düzdür, hazırda Ermənistanda siyasi gərginlik mövcuddur. Moskvanın projesi Samvel Karapetyan Ermənistan həbsxanasındadır. Ancaq görünən odur ki, artıq konkret müzakirələr, təkliflər var. Başa düşməliyik ki, Zəngəzur dəhlizi bizim üçün Azərbaycan və ayrılmaz hissəmiz olan Naxçıvanla əlaqəni yaradır. Eyni zamanda beynəlxalq oyunçuların, xüsusən Ankaranın bəyanatı buna işarədir ki, digər region ölkələri də Zəngəzur dəhlizində maraqlıdır. Çünki bu yoldan onlar da bəhrələnəcək. Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı çox mənfi bəyanatlar yayılır. Halbuki, Zəngəzur dəhlizinin işlək vəziyyətdə olması bir növ Şimal-Cənub açılması deməkdir. Yəni dəhlizin faydasını bütün qonşu, region ölkələri görəcək. Ancaq burada əsas söz sahibi Azərbaycan və Ermənistandır".
T.Zülfüqarov vurğulayıb ki, dəhliz prosesin bir hissəsidir, hələ də sülh sazişinin kənarında qalan mövzular var:
"Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də getməlidir. İndi bəzi ölkələr, o cümlədən İranın mövqeyində "tanınmış sərhədlər" ifadəsi yer alır. "Tanınmış sərhəd" anlayışı o zaman doğru olar ki, iki dövlət sərhədlərin delimitasiya və demarkasiya prosesini başa çatdırır və saziş imzalayır. Məhz həmin qanuni sərhədləri qonşu ölkələr, həmçinin dünya dövlətləri tanınmış sərhəd kimi qəbul etməlidir. Bunlara baxmayaraq, Zəngəzur dəhlizi ətrafında müzakirələri Azərbaycan xarici siyasətinin uğurudur. Əminəm ki, məsələnin müsbət həlli heç də uzaqda deyil. Sülh sənədi ilə bağlı paraflanma prosesi diplomatik baxımdan şifahi də mümkündür. Çünki dövlət başçıları bəyanatlar veriblər. ABŞ Prezidenti D.Tramp artıq iki dəfə dəhliz məsələsində öz mövqeyini açıqlayıb. Əlbəttə, Türkiyənin mövqeyidi əsas, həlledici mövqelərdəndir. Tramp bəyan edir ki, Türkiyənin bölgədəki nüfuzu və siyasəti Vaşinqtonun regiondakı siyasətinə ən böyük dəstək verən amillərdəndir. Əlverişli mühit yaranıb və əminəm ki, Azərbaycan diplomatiyası bu mühiti bizim üçün faydalı şəkildə dəyərləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya