
Analitik: Overçukun dedikləri ikitərəfli əlaqələrə kosmetik yanaşmanın təzahürüdür
09:07 25.07.2025
Siyasət
344
Fuad Şahbazov: Münasibətlərin davamlılığı yalnız iqtisadi maraqlarla deyil, qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsiplərinə əməl olunması ilə mümkündür
Rusiya və Azərbaycan iqtisadi münasibətləri gücləndirir və heç kəs bu əlaqələrin pozulmasında maraqlı deyil.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Overçuk deyib ki, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf edir və bu münasibətləri pozmaq heç kimin marağında deyil.
Siyasi şərhçi Fuad Şahbazov Sherg.az-a deyib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun “heç kəs Rusiya-Azərbaycan münasibətlərini pozmaqda maraqlı deyil” fikri, hazırkı geosiyasi və ictimai gərginliyi nəzərə alanda reallıqdan çox arzuolunan bir vəziyyəti ifadə edir:

"Son aylarda Rusiyada azərbaycanlılara qarşı baş vermiş hadisələr – Yekaterinburqda həbs edilən azərbaycanlıların müəmmalı şəkildə ölməsi, kütləvi həbslər və təqiblər, eləcə də millətçi ritorikanın artması münasibətlərə ciddi zərbə vurur. Eyni zamanda, AZAL təyyarəsinə qarşı Rusiyanın hava məkanında sərgilədiyi açıq-aşkar qeyri-dost yanaşma, ikitərəfli əməkdaşlıqdan çox, təzyiq aləti təəssüratı yaradır. Digər tərəfdən, Azərbaycan-Ermənistan sülh prosesinin Rusiya vasitəçiliyindən kənar, birbaşa Qərb platformalarında davam etməsi Kremldə açıq narahatlıq yaradıb. Bu, münasibətlərin siyasi müstəvidə soyumasına səbəb olub. Rusiya daxilində bəzi dairələrin Azərbaycana qarşı yönəlmiş aqressiv ritorikası və təxribatçı media fəaliyyəti də gərginliyi daha da artırır".
Analitik əlavə edib ki, Overçukun dedikləri daha çox ikitərəfli əlaqələrə kosmetik yanaşmanın təzahürüdür:
"Həmçinin onun fikirləri real problemlərin üstündən sükutla keçmək cəhdidir. Münasibətlərin davamlılığı yalnız iqtisadi maraqlarla deyil, qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsiplərinə əməl olunması ilə mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya