
Unudulan müqavimət: Rusiya imperiyasına qarşı tək qalan Azərbaycan xanlıqları -ANALİZ
11:29 25.07.2025
Tarix
769
18–19-cu əsrlərdə Rusiya imperiyasının Cənubi Qafqaza doğru genişlənməsi zamanı bölgədə ona qarşı real və ardıcıl müqavimət yalnız Azərbaycan xanlıqları və Şimali Qafqaz xalqları tərəfindən göstərildi. Gürcüstan 1783-cü ildə könüllü olaraq Rusiyanın himayəsinə keçdi, Ermənistan adlı siyasi qurum isə mövcud deyildi. İrəvan və Naxçıvan xanlıqları da daxil olmaqla, bu torpaqlar Azərbaycan xanlıqlarına məxsus idi.
Gəncə xanı Cavad xanın 1804-cü ildə şəhəri müdafiə edərkən şəhid olması, Qarabağ xanı İbrahimxəlil xanın 1805-ci ildə Rusiya ilə müqavilə imzalamasına baxmayaraq 1806-cı ildə ailəsi ilə birlikdə qətlə yetirilməsi, İrəvan xanlığının isə 1827-ci ilə qədər dirəniş göstərməsi həmin dövrün qəhrəmanlıq səhifələridir. Lakin bu müqavimət sonradan sovet tarixşünaslığı tərəfindən ya susduruldu, ya da “parçalanmış və zəif feodal idarəçilik” kimi təqdim olunaraq gözdən salındı. Rusiya imperiyası isə işğalı “tərəqqi” kimi göstərərək özünü “birləşdirici qüvvə” kimi tanıtmağa çalışdı. Əslində, Rusiya siyasəti bölgənin demoqrafik xəritəsini də dəyişdi: 1828-ci il Türkmənçay müqaviləsindən sonra on minlərlə erməni İran və Osmanlı torpaqlarından Qarabağa və İrəvana köçürüldü. Bu proses Azərbaycan torpaqlarında süni etnik dəyişikliklərə və gələcək münaqişələrə zəmin yaratdı.
Bu baxımdan, Azərbaycan xanlıqlarının göstərdiyi müqavimət yalnız bir tarixi dövrün deyil, bütöv bir xalqın azadlıq iradəsinin göstəricisidir. Bu gerçəklərin tariximizdə layiqli yer alması və təhrif olunmuş sovet mirasının aşkar şəkildə ifşa edilməsi bu gün daha aktualdır.
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Sherg.az-a söyləyib ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan xalqların öz taleyini müəyyən etmək imkanları yaranmışdı:

"Bölgədə əsasən müsəlmam Türk əhali dominant idi. Bu səbəbdən ayrı ayrı mərkəzlər özlərini müstəqil dövlətlər- Xanlıqlar kimi görürdülər. Bu xanlıqların bir dövlətdə birləşdirilməsi təşəbbüsləri nəticə vermirdi. İndi Gürcüstan kimi bildiyimiz İveriya daha çox Osmanlı dövlətinin protektaratı sayılırdı. Həm Qacarların, həm də Osmanlı hakimiyyətinin Cənubi Qafqazda təsir imkanları azalmışdı. Bunu Rusiya fürsət olaraq dəyərləndirdi. Nəticədə Gürcü torpaqlarını könüllü birləşmə adı ilə 1801- ci ildə özünə birləşdirdi. Cənubi Qafqazın Türk- Müsəlman xanlıqlarını işğal etmək üçün lojistik imkanlar yarandı. Azərbaycan xanlıqları zəif idilər və aralarında birlik olmadığından müqavimət göstərə bilməzdilər. Bu ərazilərə iddiaçı İran Qacar dövləti idi və Rusiya İranla üz-üzə qaldı. Müharibə qaçınılmaz oldu. Əvvəlcə 1813-cü ildə Gülüstan, sonra isə 1828-ci ildə Türkmənçay anlaşmaları ilə Cənubi Qafqaz xanlıqları işğal edilib Rusiyaya bağlandı. Gürcüstanın işğalı ilə Rusiya Qara dənizə daha bir çıxış əldə etdi. Gürcülərə verilən sözlər əslində tutulmadı".
Müsahib qeyd edib ki, gürcülər zaman içərisində anladılar ki, Gürcüstana ən böyük bəlalar Rusiyadan gəlib:
"Amma dirəniş göstərmək fikrinə də düşməyiblər. Bəlkə də ona görə ki, qüvvələrin qeyri bərabər olduğunun fərqində olmuşlar. 2008-ci ildə də belə oldu. İndi Azərbaycan Rusiyadan qorxmadığı alqısını ortaya qoyarkən gürcülər də ürəklənirlər. Ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizəyə başlanılması qaçınılmazdır. Artıq ortada bir Azərbaycan örnəyi var. Azərbaycan bir presedent yaradıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm