
ABŞ Azərbaycanın bölgədəki lider mövqeyini qəbul edir - RƏY
Yusif Nəzərli
08:17 26.07.2025
Siyasət
406
Tramp administrasiyası müstəqil xarici siyasət yürüdən Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır
III Şuşa Qlobal Media Forumunun Xankəndidə keçirilməsi, Forumda Prezident İlham Əliyevin iştirakçıların suallarını cavablandırarkən səsləndirdiyi fikirlər və verdiyi mesajlar da sözün əsl mənasında böyük siyasi hadisəyə çevrilib. Forum Xankəndini dünyanın yeni qlobal media mərkəzlərindən biri kimi tanıtdı. Prezident İlham Əliyevin parlaq cavablarının sayəsində isə forumun özü media müstəvisindən siyasi kürsüyə çevrildi.
Məhz bunun nəticəsidir ki, III Şuşa Qlobal Media Forumunda yaşananlar hələ də dünya gündəmini zəbt etməkdədir. Xankəndidən verilən mesajlar müxtəlif platformalarda paylaşılır və qlobal müstəvidə müzakirə edilir. Eyni zamanda, həm Forumun uğurlu nəticələri, həm də Prezident İlham Əliyevin mükəmməl çıxışı bir sıra dairələrin, xüsusən də bədnam qonşularımız Rusiya, İran və Ermənistanın dərin marağına və qızğın müzakirələrinə səbəb olub. Rusiyanın propaqandist mediası, şovinist ekspertləri və hərbi blogerləri Azərbaycan Prezidentinin Moskvanın yürütdüyü qeyri-dost davranışlarını kəskin tənqid etməsinə olduqca aqressiv münasibət sərgiləyirlər. İranın mühafizəkar, mürtəce dini dairələri isə Zəngəzur dəhlizi ilə bağlı gəlişmələri hədəf alaraq Azərbaycan-Ermənistan normallaşmasına mane olmaq üçün canfəşanlıq göstərirlər. Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan Trampın sözügedən paylaşımına münasibət bildirərək deyir ki, Azərbaycan liderindən fərqli olaraq nə Ermənistanı, nə də Baş nazir Nikol Paşinyanı yada salan yoxdur, Ermənistan tamamilə diqqətdən kənarda qalıb, təklənib.

Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Ermənistanın rusiyapərəst revanşist dairələrinin və kilsəyə bağlı radikal-millətçi qüvvələrin qısqanc reaksiya sərgiləməsi, ümumiyyətlə, heç bir sağlam məntiq çərçivələrinə sığmır. Ekspertin sözlərinə görə, bu cür reaksiyalar onu göstərir ki, ermənilər həmişəki kimi yenə də bütün vacib məsələlərə ənənəvi dar, məhdud çərçivədən yanaşırlar:
"ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi hesabında paylaşması isə ilk növbədə Azərbaycanın postmünaqişə dövründə Cənubi Qafqazda yaratdığı yeni reallıqlara düzgün və adekvat reaksiyası kimi qiymətləndirilməlidir. ABŞ Azərbaycanın bölgədəki lider mövqeyini qəbul edir və Tramp administrasiyası müstəqil xarici siyasət yürüdən Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Ölkə başçısı İlham Əliyevin Trampı müharibələri bitirən, bölgədə və dünyada sülh yaradan lider kimi qiymətləndirməsi isə reallığı əks etdirir. Bu, Trampın real siyasətinə verilən real və obyektiv qiymətdir. Bu mənada ABŞ liderinin Azərbaycanın birinci şəxsinin çıxışını öz səhifəsində paylaşması real siyasətin, uğurlu diplomatiyanın təzahürüdür. Bu hadisə ABŞ-Azərbaycan münasibətlərini daha rasional və pozitiv istiqamətə yönləndirəcək. Bu isə son nəticədə təkcə ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsiz gələcəyi üçün əlverişli perspektivlər yaradır. Bayden Amerikasının Ermənistanyönümlü siyasəti Cənubi Qafqazda eskalasiyaya xidmət edirdisə, Trampın Azərbaycanmərkəzli siyasəti isə bölgəyə həqiqətən də dayanıqlı sülh və sabitlik gətirə bilər. Odur ki, bədnam qonşularımıza narahat olmamağı tövsiyə edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm