
İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil - ŞƏRH
10:26 26.07.2025
Siyasət
414
İsrail druzlardan istifadə edərək, Suriyada sabitliyi pozmaq və Türkiyənin bu ölkədə hərbi-siyasi mövqeyini zəiflətmək istəyir
Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib. Bu ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib.
Bəyanata əsasən, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək, həmçinin regionda davamlı sülhü təmin etməkdir. Ötən gün Türkiyə xarici işlər naziri Hakan Fidan da Suriya hərbi dəstək istəyərsə, Türkiyənin buna hazır olduğunu vurğulayıb.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil. Ekspertin sözlərinə görə, İsrail druzlardan istifadə edərək, Suriyada sabitliyi pozmaq və Türkiyənin bu ölkədə hərbi-siyasi mövqeyini zəiflətmək istəyir:
"İsrail Türkiyənin Suriyada möhkəmlənməsinə qarşıdır. Ehtimal ki, ABŞ-nin birbaşa müdaxiləsi ilə Suriya və İsrail arasında danışıqlar aparılacaq. İsrail druzlara muxtariyyət tələb edir. Həmçinin, Suriyanın Colan təpələrindən imtinasını şərt kimi irəli sürür. İsrailin druzlara muxtariyyət tələbi Suriyanın Colan təpələrindən imtina etməsi ilə bağlı təzyiq siyasətidir. Danışıqlar baş tutarsa, Suriya Colan təpələrindən imtina edə bilər. İsrail druzlardan istifadə edir, ABŞ də bu planı dəstəkləyir. Ancaq ABŞ Suriyada sabitliyin və bütövlüyün qorunmasında maraqlıdır. Yaxın günlərdə ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə İsrail-Suriya arasında danışıqlar prosesi müsbət istiqamətdə inkişaf edəcək. Məhz Suriyanın Türkiyədən hərbi yardım istəməsi İsraili fakt qarşısında qoyur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm