Pezeşkian Zəngəzur məsələsində Xameneiyə qarşı çıxdı
Yusif Nəzərli
07:45 12.08.2025
Gündəm
346
“İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu erməni jurnalist Aram Şahnazaryan deyib.
Onun sözlərinə görə, Xamenei və İranın hərbi-siyasi rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sərt olaraq qalır:
“Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi (İranın mühafizəkar dairələrində) təhlükənin şişirdilmiş olduğunu düşünür. Əslində, “Tramp yolu” elə Zəngəzur dəhlizi deməkdir. Pezeşkian bu məsələdə təmkinlidir və təhlükəni şişirdilmiş hesab edir”.
Şahnazaryan qeyd edib ki, Pezeşkian və komandası İsraillə 12 günlük müharibəyə baxmayaraq, ABŞ ilə problemlərin danışıqlar yolu ilə həllinin mümkünlüyünə inanır.
“Prezident və Əraqçinin ətrafında, eləcə də hökumətin digər qurumlarında çoxlu sayda azərbaycanpərəst ekspertlər var ki, onların mövqeyi birbaşa İran prezidentinin fikrinə təsir göstərir”.
Qeyd: Məsud Pezeşkian avqustun 10-da bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət xəbərlərdə şişirdildiyi kimi deyil.
İran prezidentinin sözlərinə görə, bu məsələdə Tehranın tələbləri qarşılanıb:
“Əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropa və ya Şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Narahatlıq doğuran yeganə məsələ yolun ABŞ və Ermənistan şirkətləri tərəfindən tikilməsi ilə bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual