Vaşinqton sazişi Azərbaycanı təhdidlərdən qorudu - ŞƏRH
02:07 04.09.2025
Gündəm
371
Zaur Məmmədov: “Paşinyanı devirib ərazi iddialarını bərpa etmək istəyirlər”
“Ermənistan ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da yenidən özünü tarixi səhvlərin qurbanı edəcək. Seçim onlarındır”
Qondarma respublikanın yaranmasının ildönümü münasibətilə İrəvanda separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyalarının iştirakı ilə toplantılar keçirilib, bəyanatlar səsləndirilib. "Əsirlərin azad edilməsi və Qarabağ ermənilərinin öz evlərinə qaytarılması məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınmalıdır”.
Belə bir bəyanatla "Dağlıq Qarabağ parlamenti" növbədənkənar sessiyada çıxış edib - sənədi İrəvanda keçirilən mitinqdə deputat Metaxe Akopyan oxuyub. Müəlliflər ATƏT-in Minsk qrupunun da buraxılmasını qəbuledilməz hesab ediblər ki, onun mandatına Qarabağ ermənilərinin hüquqları məsələsi də daxildir. Bəyanatda deyilir ki, bu hüquqların təmin edilməsi üçün effektiv mexanizmlər olmadan ATƏT MQ-nin buraxılması qəti şəkildə qəbuledilməzdir. Bundan başqa, özünü separatçıların lideri (prezidenti) adlandıran Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalifət partiyaların sədrləri bəyanatlarında indiki şəraitdə Qarabağın müstəqilliyinin mümkün olmamasına baxmayaraq, ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən "azad ediləcəyi" ilə bağlı çıxışlar ediblər. Onlar Ermənistan hakimiyyətini satqınlıqda günahlandırıblar.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistandakı və ölkə xaricindəki bu qüvvələr "Böyük Ermənistan" haqqında hələ də fikirləşməkdədirlər və Paşinyanı devirərək xarici güclərin köməyi ilə yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər:
“İşxan Saqatelyan və digərləri tərəfindən səsləndirilən bəyanatda "Ermənistan hökuməti Azərbaycanın təzyiqi nəticəsində Vaşinqton sazişi imzaladı və buna görə də bu sənəd qeyri-legitimdir" kimi oxşar ifadələr səsləndirilib. Baş verənlər bir daha bizi əmin etməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyev necə dəqiqliklə bizi gözləyən çağırışları vaxtında həll etdi. Laçın yolunun azad edilməsi, bölgənin separatçılardan təmizlənməsi, sülhməramlıların Qarabağı qarşılıqlı razılaşma yolu ilə tərk etməsi, Ermənistan dövlətinin Minsk qrupunun buraxılmasına razılıq verməsi və Vaşinqton sazişi dövlətimizi təhdidlərdən sığortaladı: “Böyük Avrasiyanın" şəkilləndirilməsi hələ davam edir. Cənubi Qafqazda da çox ciddi tarixi hadisələr baş verir. Yaxın onilliklərin münasibətlər sistemi formalaşır. Azərbaycana qarşı "erməni kartından", "etnik kartlardan", o cümlədən hərbi təhdid formalarından istifadə edilməsi gözləniləndir. Lakin indi nə 1918-20-ci illər, nə də 1990-cı illərdir. Şuşa Bəyannaməsi var, Azərbaycanın siyasi, iqtisadi, demoqrafik, diaspora potensialı kifayət qədərdir, dövlətimiz Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərəkatının aparıcı dövlətlərindən biridir, kifayət qədər ciddi hərbi-siyasi müttəfiqlərimiz var. Bu gün Ermənistanda hökuməti tənqid edən və Azərbaycanı "işğalda" və sair kimi cinayətlərdə günahlandıranlar bir daha sübut edir ki, revanşist qüvvələr hələ də köhnə xülyalarla yaşayır, cəmiyyəti çaşdırmaqla dövlətin gələcəyini təhlükəyə atırlar. Halbuki Ermənistanın gələcəyi yalnız və yalnız özünün düzgün seçimlərindən asılıdır. Əgər o, regionda real vəziyyəti qəbul edib, qonşularla normal münasibətlər qursa, inkişaf və təhlükəsizlik qazana bilər. Əks halda, “Böyük Ermənistan” kimi utopik ideyalar və separatizmə dəstək siyasəti onu daha da dərin böhrana sürükləyəcək. Ermənistan ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da yenidən özünü tarixi səhvlərin qurbanı edəcək. Seçim onlarındır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdi
10:16 10.07.2026
Gündəm
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:12 10.07.2026
Media
Azərbaycan nefti 79 dollara satılır
09:42 10.07.2026
İqtisadiyyat
Azərbaycan və Rusiya Samur çayını bölüşdürür
09:33 10.07.2026
Aktual
Saçları ağardan yaş deyilmiş
09:19 10.07.2026
Maraqlı
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz