Araqçi-Kallas görüşünün PƏRDƏARXASI
Yusif Nəzərli
12:50 05.09.2025
Dünya
633
Ramiz Alıyev: Tehran Qərblə münasibətləri yumşaltmalıdır
Azərbaycan və Türkiyə ilə yaxınlaşma İranın regiondakı mövqeyini gücləndirər
İran ətrafında artan diplomatik fəallıq, xüsusilə Qərb dövlətlərinin nüvə proqramı ilə bağlı təzyiqləri beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin başlandığını göstərir. İsrail-İran qarşıdurmasından sonra regionda sabitlik və təhlükəsizlik məsələləri daha da aktuallaşıb. Bu çərçivədə İranın Xarici İşlər naziri Abbas Araqçi ilə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Doha şəhərində keçirdiyi görüş diqqət çəkir. Görüşdə səsləndirilən çağırışlar və xəbərdarlıqlar, Tehran üzərində beynəlxalq təzyiqlərin artdığını bir daha göstərir. Belə bir şəraitdə İranın xarici siyasət kursunu yenidən nəzərdən keçirməsi, qonşu ölkələrlə əməkdaşlığı genişləndirməsi və beynəlxalq platformalarda daha konstruktiv mövqe sərgiləməsi zəruri görünür.
Politoloq Ramiz Alıyev Sherg.az-a İsrail-İran müharibəsindən sonra İranın sanksiyalarla hədələnməsinin artıdığını söyləyib:
"Qərb dövlətlərinin və beynəlxalq təşkilat təmsilçilərinin İranın rəsmi şəxsləri ilə son dövrlərdə daha çox görüşlər keçirərək nüvə silahı ilə bağlı məsələləri müzakirə etməsi və onu yeni sanksiyalarla hədələmələri artıb. Bu məsələlər İsrail-İran müharibəsindən sonra daha da genişlənməyə başlayıb. Sanki İrana ciddi xəbərdarlıq edilir ki, o, nüvə silahı istehsal etmək və sahib olmaqdan geri çəkilsin. Xüsusi ilə də Kaya Kallasın Dohada İranın XİN rəsmisi ilə görüşü zamanı bu cür fikirlər səsləndirməsi Tehrana xəbərdarlıqdır. Qərbin İrana xəbərdarlığı və məsələnin sülh yolu ilə həll olunması ilə bağlı müəyyən güzəştlərin, təlimatların verilməsi Tehran üçün məqbul sayılmalıdır.
İran artıq Qərb ölkələri ilə əməkdaşlıq etməli və ənənəvi ölkələrlə əlaqələrini gücləndirməkdənsə qonşu dövlətlər və Qərblə münasibətlərini yumuşaltmalı, onlarla əməkdaşlıq etməyə başlamalıdır".
Politoloq rəsmi Tehranın Azərbayacan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırarsa, bununla İranın həm regionda əməkdaşlığının güclənəcəyinə, həm də Qərbə çıxış qazanacağını bildirib:
"Zəngəzur dəhlizinin açılmasından sonra İran da bu məsələyə dəstək olmalıdır. Bu məsələlərdə aktiv iştirak edərsə, Zəngəzur dəhlizinin onun üçün də böyük əhəmiyyəti olacaq. Ümumiyyətlə tək İran, Azərbaycan, Türkiyə, Ermənistan üçün yox, həm də region üçün bu dəhliz böyük əhəmiyyətə malikdir. İranın yeni prezidentinin atdığı addımlar daha mülayim, yumuşaq addımlardır. Pezeşkiyana İran ali dini lideri imkanlar yaradarsa, İran gələcəkdə təhlükələrdən sığortalana bilər. İranın hazırki prezidenti çox demokratik və diplomatiyanı yaxşı bilən, öz çevrəsi ilə yanaşı böyük çevrələrdə də hərəkət etmə bacarığı olan, dünya siyasətini yaxşı bilən siyasətçidir. Yaxın zamanlarda yəqin ki, İranın həm ali dini lideri, həm də digər məsul şəxslər bunu anlayacaq. Beləliklə İran Qərb dövlətləri və xüsusi ilə də qonşu dövlətlərlə münasibəti yaxşılaşdıracaq, sülhə gedən addımlarla inkişaf edəcək".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol