İtaliyada 2 silahlı türk saxlanılıb: Melonidən açıqlama gəldi
13:23 05.09.2025
Dünya
345
İtaliyanın Viterbo şəhərində keçirilən Santa Rosa Festivalı zamanı iki türk vətəndaşı avtomat tüfəng və tapançalarla yaxalanıb. İtaliya Baş Naziri Giorgia Meloni polisə uğurlu əməliyyatı üçün təbriklərini çatdırıb. Prokurorluq qanunsuz silah saxlama maddəsi üzrə iş açıb, şübhəlilərin Barış Boyun adlı cinayətkar qrupla əlaqələri araşdırılır.
Sherg.az xəbər verir ki, Viterbodakı festival zamanı təhlükəsizlik qüvvələri mümkün hücumu önləyib. İtaliya Xüsusi Təyinatlı Qrupu (DIGOS) iki türk vətəndaşını avtomat silah və müxtəlif digər silahlarla saxlayıb. İtaliya mətbuatı, şübhəlilərin ətraflı plan hazırlayaraq hücuma hazırlaşdıqlarını yazıb.
Festivalda, Xarici İşlər Naziri və Baş Nazir müavini Antonio Tajani, həmçinin İsrail səfiri də iştirak edib. Digər iştirakçılar arasında Nazirlərdən Alessandro Giuli, Forza Italia senatoru Maurizio Gasparri və Baş Nazir Meloninin bacısı, siyasətçi Arianna Meloni də olub.
Tutulan şəxslərin yanvar ayında İtaliyada yaxalanmış və iadesi rədd edilmiş türk cinayətkar qruplaşması lideri Barış Boyun ilə əlaqəli ola biləcəyi bildirilir. Polis məlumatına görə, qruplaşma üç nəfərdən ibarətdir və bir üzvünün qaçmış ola biləcəyi ehtimal olunur.
Şübhəlilərin Viterbo mərkəzində bir pansiyonda qaldığı müəyyən edilib. Onlar prokurorluğa təqdim olunub, lakin sorğuda susmağı seçiblər.
Əvvəllər Boyunun Türkiyədə bir alüminium fabrikinə sui-qəsd planladığı iddia olunmuş, bu cəhdin türk polisinin müdaxiləsi ilə qarşısı alınmışdı.
Hadisə sonrası Latsio bölgəsinin təhlükəsizlik komitəsi təcili yığıncaq keçirib. Xüsusi təyinatlılar, dəqiq nişancılar və partlayıcı axtarış itləri bölgəyə göndərilib. Baş məsul Luigi Aspromonte festival zamanı işıqların açıq olacağını bildirib.
Festival zamanı təhlükəsizlik tədbirləri şəhərin adi atmosferinə təsir edib. Macchina di Santa Rosa mərasimi zamanı işıqların açıq saxlanması, 40 minə yaxın iştirakçının etirazına səbəb olub.
Polis xəbərinə əsasən, iki türk vətəndaşı hərəkətləri üzrə izlənilib. Bazar günü saat 14:30-da əməliyyat keçirilib. Şübhəlilərdən biri 22, digəri 40 yaşında olub. Onların otaqlarından avtomat tüfəng, tapança və üç şarjör tapılıb.
Hazırda şübhəlilərin terror əlaqələri ilə bağlı konkret sübut yoxdur. Cinayyət işi daha çox adi cinayətlər və silah qaçaqçılığı üzərində cəmləşib. İki şübhəlilinin bir həftə içində sərbəst buraxıla biləcəyi ehtimal olunur.
Baş Nazir Giorgia Meloni sosial mediada yazıb:
“Santa Rosa Festivalından yalnız bir neçə saat əvvəl Viterboda iki silahlı türk vətəndaşını həbs edən polis və Daxili İşlər Naziri Piantedosiyə təbriklərimi çatdırıram. Bu qətiyyətli əməliyyat UNESCO tərəfindən insanlığın qeyri-maddi mədəni irsi kimi tanınan və Viterbo xalqı ilə bir çox italiyalının dərindən hiss etdiyi əsrlik ənənəni təhlükəsiz şəkildə qeyd etməyimizi təmin etdi.”
İtaliya Xarici İşlər Naziri və Baş Nazir müavini Antonio Tajani bildirib:
“Bu il də Santa Rosa Festivalına qatıldım. Etkinliyin başlanmasından yalnız bir neçə saat əvvəl iki silahlı türk vətəndaşını tutan polisi təbrik edirəm. Şəhərin qoruyucu azizi Macchina di Santa Rosanın təhlükəsiz daşınmasını təmin edən bələdiyyə başçısı və vali də təbrikə layiqdir. Ümid edirəm ki, bu hadisə pis niyyətli şəxslərə ciddi xəbərdarlıq olar.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol