CHP-nin qurultay işi: Konstitusiya Məhkəməsi müraciəti rədd etdi
10:35 10.09.2025
Siyasət
381
CHP-nin Qurultayı işi ilə bağlı səlahiyyətli məhkəmə mübahisəsi Konstitusiya Məhkəməsinə daşınıb.
Sherg.az xəbər verir ki, Ankara 26-cı Asliye Cəza Məhkəməsi “Konstitusiyaya zidd olduğunu” bildirərək Yüksək Məhkəməyə müraciət etmişdi.
Müraciət Konstitusiya Məhkəməsi tərəfindən tətbiq ediləcək qayda olmadığı üçün rədd olunub. İş Ankara 26-cı Asliye Cəza Məhkəməsində baxılacaq.
CHP-nin 4–5 noyabr 2023 tarixlərində keçirilən 38-ci Qurultayında qanunsuzluq edildiyi iddiası ilə Ankara Baş Prokurorluğu tərəfindən başladılan istintaq 3 iyunda tamamlanıb.
Hazırlanmış iddianamədə, korrupsiya araşdırması çərçivəsində həbsdə olan və İstanbul Böyükşəhər Bələdiyyə Başçısı vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla 12 nəfər üçün Siyasi Partiyalar Qanununun 112-ci maddəsindəki “səsverməyə saxtakarlıq qarışdırma” iddiası ilə 3 ilədək həbs və siyasi qadağa tələb olunub.
İddianamə Ankara 26-cı Asliye Cəza Məhkəməsinə göndərilib. Ankara 26-cı Asliye Cəza Məhkəməsi rüşvət iddialarının ağır cinayət olduğunu əsas gətirərək “səlahiyyətsizlik” qərarı verib və dosyenin ağır cinayətlər məhkəməsinə göndərilməsinə qərar verib.
Ankara Baş Prokurorluğu dosyenin Ankara 3-cü Ağır Cəza Məhkəməsinə göndərilməsinə etiraz edib.
Səlahiyyətsizlik qərarı Ankara 3-cü Ağır Cəza Məhkəməsinin 30 iyun 2025 tarixli qərarı ilə ləğv edilib.
Ankara 26-cı Asliye Cəza Məhkəməsi 4 iyulda yenidən “səlahiyyətsizlik” qərarı verərək səlahiyyət mübahisəsinin həlli üçün dosyeni Ankara Regional Apellyasiya Məhkəməsinin 5-ci Cəza Kollegiyasına göndərib.
Ankara Regional Apellyasiya Məhkəməsinin (BAM) 5-ci Cəza Kollegiyası CHP-nin qurultayı ilə bağlı açılmış işdə səlahiyyətli məhkəmənin Ankara 26-cı Asliye Cəza Məhkəməsi olduğuna qəti qərar verib.
Dosyeni yenidən araşdıran Ankara 26-cı Asliye Cəza Məhkəməsi verdiyi “səlahiyyətsizlik” qərarına qarşı edilən etirazların əsaslandığı Cinayət Prosessual Məcəlləsinin müvafiq maddəsində yer alan “Ədliyyə yurisdiksiyası daxilindəki məhkəmələr baxımından verilən səlahiyyətsizlik qərarlarına qarşı etiraz yoluna getmək olar” müddəasının Konstitusiyaya zidd olduğu qənaətinə gəlib.
Məhkəmə, həmin müddəanın Konstitusiyanın hüquqi dövlət prinsipi ilə məhkəmə müstəqilliyi və ədalətli məhkəmə araşdırması kimi hüquqları tənzimləyən maddələrinə zidd olduğunu müəyyən edərək qərarın ləğvi üçün dosyenin Konstitusiya Məhkəməsinə göndərilməsinə qərar vermişdi.
Digər tərəfdən, CHP-nin 38-ci Qurultayının ləğvi tələbi ilə açılan işə 15 sentyabrda baxılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region