ISW: Rusiya Ukraynadan sonra NATO ilə toqquşmaya hazırlaşır
Yusif Nəzərli
05:22 12.10.2025
Dünya
869
Rusiya T-90 tanklarının istehsalını və müharibədən əvvəlki ehtiyatların bərpasını sürətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Bildirilir ki, “Uralvaqonzavod” zavodu 2028-ci ilə qədər T-90 istehsalını 2024-cü illə müqayisədə 80 faiz artırmağı və yeni T-90M2 modelinin buraxılışına başlamağı planlaşdırır.
"Frontelligence Insight"ın yayımladığı sənədlərə əsasən, Rusiya 2026–2036-cı illərdə 2000-dən çox T-90M, T-90M2 və T-72B3M tankını modernləşdirməklə gələcək genişmiqyaslı müharibəyə hazırlaşır. Analitiklər bildirirlər ki, Moskva tankların döyüşdə istifadəsini azaldaraq ehtiyat toplayır və onları həm Ukraynada, həm də NATO ilə mümkün qarşıdurma üçün modernləşdirir.
ISW xəbərdarlıq edir ki, Rusiya tam hərbi bərpa mərhələsini gözləmədən, 2036-cı ildən əvvəl də NATO üçün ciddi təhlükə yarada bilər. Ekspertlərin fikrincə, Rusiya Ukrayna müharibəsindən sonra qısa müddətdə döyüş potensialını bərpa edərək qüvvələrini NATO-nun şərq cinahına yönləndirə bilər.
Qeyd olunur ki, Rusiya eyni zamanda tanklardan az asılı olan, lakin düşmənin zirehli texnikasından istifadə imkanlarını məhdudlaşdıran yeni döyüş taktikaları hazırlayır.
ISW-nin əvvəlki hesabatında isə Moskvanın “0-cı Faza” adlanan mərhələyə – NATO ilə mümkün müharibəyə hazırlığın ilkin mərhələsinə keçdiyi qeyd olunub. "Financial Times" yazır ki, NATO buna cavab olaraq sərhədlər boyunca silahlı dronların yerləşdirilməsini və rus təyyarələrinə qarşı atəş açmaq səlahiyyətlərinin genişləndirilməsini müzakirə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm