KİV: HƏMAS 20 girovu İsrailə təhvil verməyə hazırdır
Yusif Nəzərli
11:00 12.10.2025
Dünya
605
Fələstinin HƏMAS hərəkatı 12 oktyabrda 20 girovu İsrailə təhvil verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Lakin bildirilib ki,bu tarix bir qədər təxirə salına bilər. Məlumata əsasən, HƏMAS İsrailə bu barədə məlumatı ərəb vasitəçiləri üzərindən göndərib. Hərəkat ilk dəfə olaraq özündə 20 israillinin girov saxlandığını da təsdiqləyib.
İsrail ordusu girovların bazar günü axşam təhvil alınmasına hazırlaşır. Bununla belə, mənbələrin bildirdiyinə görə, proses 13 oktyabra (ABŞ prezidenti Donald Trampın İsrail və Misirə səfəri ilə eyni vaxta) təsadüf edə bilər. İsrailin qiymətləndirməsinə əsasən, hazırda Qəzza zolağında 20-yə qədər israilli girov və təxminən 28 nəfərin cəsədi qalır.
HƏMAS bəyan edib ki, bəzi girovların cəsədlərinin yerini bilmir və Trampın planında nəzərdə tutulan 72 saatlıq müddətə əməl etməkdə çətinlik çəkə bilər. İsrail tərəfi də axtarışların daha uzun çəkə biləcəyini etiraf edib.
“The Wall Street Journal”ın məlumatına görə, Qəzzə zolağında israilli girovların cəsədlərini axtarmaq üçün Misir, Qətər, ABŞ və Türkiyənin iştirakı ilə beynəlxalq birgə qrup yaradılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm