Araz dəhlizi ilə əlaqədar görülən işlər açıqlanıb
10:40 14.10.2025
İnfrastruktur
500
Araz dəhlizi ilə əlaqədar görülən işlər açıqlanıb.
Bunu APA-nın İrana ezam olunmuş əməkdaşına İran yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
“Ağbənd-Kəlalə körpüsü Azərbaycan tərəfindən inşa olunur. Körpünün tikildiyi ərazidə sahil bərkitmə işlərinin cari ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Eyni zamanda həmin körpünün yerləşdiyi ərazidəki terminalın da tikintisinin gələn il, Novruz bayramınadək başa çatdırılması nəzərdə tutulur. Yəni həmin infrastrukturdan istifadə etmək mümkün olacaq. Hazırda Ağbənd-Kəlalə körpüsündən İran ərazisindən Culfaya qədər yolun genişləndirilməsi işləri həyata keçirilir. Həmin yolun üzərində çoxsaylı körpülər və tunellər olacaq. Həmin yol İranda dağlıq ərazidən keçəcək. Hazırda tunellərin tikintisi həyata keçirilir ki, bu da çətin mühəndis fəaliyyəti tələb edir. Tunellərin tikintisini yaxın 1-2 il ərzində başa çatdırmağı planlaşdırırıq. Körpü və terminalın tikintisi başa çatdıqdan sonra bu, bölgənin və ölkələrimizin inkişafına öz töhfəsini verəcək ”, - deyə iranlı nazir bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm