Balıq satışında fövqəladə təhlükə: Küçələr və metro stansiyaları zəhərlənmə riskini artırır
11:14 02.11.2025
Sağlamlıq
617
“Qida təhlükəsizliyinə cavabdeh qurumlar küçə balığı satışını nəzarət altına almalıdır”
Son vaxtlar paytaxtın bir çox küçə və bazarlarında balıq satanların sayı artıb. Əvvəllər yalnız supermarket və iri bazarlarda rast gəlinən bu mənzərə indi demək olar ki, hər məhəllədə görünür. Bəziləri bunu mal ətinin bahalaşması ilə əlaqələndirir, digərləri isə insanların daha sağlam qidaya, balığa üstünlük verməsi ilə izah edir. Amma küçədə satılan məhsulun təhlükəsizliyi ilə bağlı müəyyən suallar yaranır.
Qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, balıq riskli məhsullar sırasına daxildir:
“Düzgün saxlanmadıqda, mənşəyi məlum olmadıqda, emal və bişirmə şəraiti yanlış olanda qida zəhərlənməsi qaçılmazdır. Bəzi balıqçılar və satıcıların doğru bildikləri yanlışlar var, bu da insan həyatını təhlükəyə atır. Zəhərlənmələrdən əsasən hamilə qadınlar, immun sistemi zəif olanlar, yaşlılar, uşaqlar, həmçinin kimyaterapiya alan şəxslər əziyyət çəkirlər. Doğru şərtlərdə satılmayan, mənşəyi və saxlanma şəraiti məlum olmayan balıqlar çox təhlükəlidir”.
Ekspert bildirib ki, balığın tərkibində histamin maddəsinin artması onu zəhərli hala gətirir:
“Küçədə, piştaxtanın üstündə, maşının arxasında və bu kimi yerlərdə satılan balıqlar təhlükə vəd edir. Hava-damcı yolu ilə gələn virus və bakteriyalar məhsulun üzərinə hopa bilər. Bu, qismən təhlükəlidir, çünki balıq sonradan yuyulur və bişirilir. Əsas risk odur ki, balıq buzun içində saxlanmadıqda, soyuducu ilə təchiz olunmamış yerlərdə satıldıqda, bakteriya yükü sürətlə artır. Bu da, xüsusilə risk qrupuna aid insanlarda ölümcül nəticələrə gətirib çıxara bilər”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Sherg.az-a açıqlamasında harada və necə gəldi satılan balıqların təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, küçələrdə və metro stansiyalarının üstündə piştaxtalarda balıq satışı həm sanitar, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur:
"Belə yerlərdə balıqların saxlanma temperaturu, təmizliyi və mənşəyi nəzarətsiz qalır. Nəticədə məhsulun tez xarab olması, bakterial çirklənmə və zəhərlənmə halları riski artır. Qida təhlükəsizliyinə cavabdeh qurumlar belə satış nöqtələrinə nəzarəti gücləndirməli, istehlakçılar isə yalnız etibarlı, sertifikatlı ticarət məntəqələrindən balıq almalıdırlar".
AİB sədri qeyd edib ki, balıqlar ya su ətrafında çıxarıldığı yerdə diri-diri satılmalıdır, ya da ki təchiz olunmuş mağazalarda buz içərisində saxlanılaraq satılmalıdır:
“Buzlu soyuducular elə olmalıdır ki, alıcılar balığa əli ilə toxuna bilsin. Balıqlar belə şəraitdə saxlanılıb satılmalıdır. Balıq nə qədər qida üçün əlverişli məhsul olsa da, o qədər də təhlükəlidir. Yəni insan həyatı üçün 1-ci qrup risk dərəcəsi olan məhsullardan biridir. Xüsusən hisə verilmiş balıq daha təhlükəlidir və qorxuludur. Ona görə də insanlara hardan gəldi, necə gəldi balıq almaq məsləhət görülmür.
Dondurulmuş balıqların içərisində də təhlükəli olanları var. Balıq satış məntəqəsinə gətirilənə kimi hansı şəraitdə, hansı proseslərdən keçdiyini nəzərə almaq lazımdır. Balıq tutulandan sonra satış yerlərinə mütləq dondurucularda gətirilməlidir. Çünki balıq istehlakçıların süfrəsinə çatdırılana qədər müəyyən risk zəncirlərindən keçir. Zəncirin halqası harada zəifdirsə zəhərlənmə ordan baş verə bilər. Balığın təzə olub-olmamasının ən yaxşı üsulunu laboratoriya şəraitində yoxlamaq lazımdır. Balığın köhnə olduğunu bilmək üçün bir neçə sadə üsul var. Barmaqla basırsan batıq qalırsa, pulları tökülübsə, pis qoxu gəlirsə, qulağın altında selik varsa həmin balıq köhnədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol