Diqqəti yenidən toplamağın sirri aşkarlanıb - TƏDQİQAT
08:56 03.11.2025
Sağlamlıq
393
Massaçusets Texnologiya İnstitutunun alimləri beynin diqqəti yayındıqdan sonra tapşırığa necə qayıtdığını araşdırıblar. Yeni tədqiqat göstərib ki, beyində yaranan dalğalar düşüncəni yenidən bərpa etməyə kömək edir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, professor Earl K. Millerin sözlərinə görə, bu fırlanan dalğalar beynin diqqətini düzgün istiqamətə qaytarır. Araşdırmada heyvanlara yaddaş tapşırığı verilib və onların diqqəti müxtəlif amillərlə yayındırılıb. Alimlər prefrontal korteksdəki (yüksək düşüncə mərkəzi) yüzlərlə neyronun fəaliyyətini izləyiblər. Nəticədə diqqət dağıldıqdan sonra neyronların fəaliyyətində “fırlanma” müşahidə olunub, sanki beyin yenidən balansını tapmaq üçün dövrə vurur. Əgər bu fırlanma tam şəkildə baş verirdisə, heyvanlar tapşırığı düzgün yerinə yetirirdi. Əgər dalğa yarımçıq qalırdısa, səhvlər artırdı. Yəni, beyin diqqəti bərpa etmək üçün müəyyən fırlanma vaxtına ehtiyac duyur.
Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, bu fırlanan dalğalar sadəcə riyazi model deyil, eyni zamanda, beynin səthində həqiqi, fiziki dalğalanmalardır. Millerin fikrincə, bu mexanizm beynin enerji baxımından səmərəli, “analoq hesablamalar” aparmaq üsulu ola bilər.
Araşdırma “Journal of Cognitive Neuroscience” jurnalında dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol