“ABŞ Hörmüz boğazı məsələsində daha böyük hesablama səhvinə yol verib”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
Nazirin iddiasına görə, ABŞ kəşfiyyat sahəsindəki “zəiflik” səbəbindən dəfələrlə yanlış hesablamalar aparıb və İranla müharibə də bu səhv nümunələrdən biridir.
Abbas Əraqçi ABŞ rəsmilərinə müraciətində bildirib:
“Saxta xəbərlərdən daha təhlükəlisi saxta məlumatlardır. Ehtiyatlı olun”.