ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisi 200 gündür yoxa çıxıb: Nə baş verdiyini heç kim bilmir

ABŞ Hərbi Dəniz Qüvvələrinin nəhəng təyyarədaşıyan gəmisi  "Abraham Lincoln"un 200 gündən çoxdur limana qayıtmaması Vaşinqtonda ciddi suallar yaradıb.

Sherg.az xəbər verir ki, ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin üzvü senator Riçard Blumental Pentaqondan gəminin niyə bu qədər uzun müddət dənizdə saxlanıldığını, ekipajın təhlükəsizliyi və yaşayış şəraiti barədə ətraflı məlumat tələb edib.

Məlumata görə, gəmi 21 noyabr 2025-ci ildə San-Dieqo bazasından yola çıxıb. Təxminən 7 ay davam etməsi planlaşdırılan missiya uzadılıb və geri dönüş tarixi açıqlanmayıb.

Gəmidə təxminən 5 min hərbçi xidmət edir. Ekipaj arasında yorğunluq, psixoloji vəziyyət, su və sanitariya problemləri, əsas ehtiyacların çatışmazlığı ilə bağlı şikayətlər olduğu bildirilir.

Daha ciddi iddialara görə, bəzi hərbçilərin uzunmüddətli missiya zamanı dənizə atlamağa cəhd etdiyi də bildirilib.

Senator Blumental Pentaqondan həmçinin gəminin İranla bağlı hansı əməliyyat məqsədi ilə bölgədə saxlanıldığını və missiyanın niyə dəfələrlə uzadıldığını açıqlamağı tələb edib.

 “Abraham Lincoln” ətrafındakı sirr hələ də tam açılmayıb.