ABŞ, İran, Qətər və Pakistan arasında nəzərdə tutulan danışıqlar təxirə salınıb

ABŞ, İran, Qətər və Pakistan nümayəndələri arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

Sherg.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Bununla belə, İsveçrə tərəfi danışıqların təşkilinə və vasitəçilik səylərinə dəstək verməyə hazır olduğunu bildirib. Görüşün keçirilməsi üçün hazırlıq işlərinin Bürgenştokda davam etdiyi qeyd olunub.

ABŞ vitse-prezidenti J. D. Vance bundan əvvəl Vaşinqtonun nümayəndə heyətinə rəhbərlik edəcəyini təsdiqləmişdi. O bildirib ki, ABŞ nümayəndələrinin İsveçrəyə səfəri həftəsonuna planlaşdırılır, lakin səfərin dəqiq vaxtı İran nümayəndələrinin gəlişindən asılı olacaq.

Təxirə salınmanın səbəbi barədə rəsmi məlumat verilməyib. Bununla belə, tərəflər arasında mümkün görüş üçün hazırlıq prosesi davam edir.