ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətləri aradan qaldırıla bilər

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Konqresin saytında məlumat yer alıb.

Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində irəli sürülüb. Layihənin müəllifi Nümayəndələr Palatasının üzvü Luna Anna Paulinadır.