ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazının açıq olduğunu iddia edir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində Hörmüz boğazından kommersiya gəmilərinin keçidində artım olduğunu, Amerika qüvvələrinin naviqasiya azadlığını təmin etmək və İranla əldə edilən razılaşmaların icrasını izləmək üçün bölgədə qaldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, komandanlığın açıqlamasında qeyd olunur: "İyunun 20-də boğazdan 55 ticarət gəmisi keçərək dünya bazarlarına böyük həcmdə yük və 17 milyon bareldən çox neft daşıyıb. ABŞ qüvvələri İranla razılaşmanın bütün aspektlərinin icrasını təmin etmək üçün bölgədə qalır və ayıq-sayıqdır".

Bundan əvvəl İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahı İsrail və ABŞ tərəfindən memorandumun pozulması səbəbindən Hörmüz boğazının bağlandığını elan etmişdi.