ABŞ Prezidenti Donald Tramp İranla danışıqların nəticəsiz qalacağı təqdirdə Vaşinqtonun hərbi əməliyyat variantını nəzərdən keçirə biləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, “Financial Times”a müsahibəsində Tramp bildirib ki, diplomatik səylər uğursuz olarsa, ABŞ-nin iki seçimi var: ya hərbi qüvvələr İrana daxil olaraq münaqişəni yekunlaşdıracaq, ya da Tehrana qarşı blokada davam etdiriləcək. Onun sözlərinə görə, blokada hərbi hücumdan daha təsirli nəticə verə bilər.
Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, İsrail-İran gərginliyinin danışıqlar prosesini pozacağına inanmır.
Bu arada İran atəşkəs rejimindən sonra ilk dəfə İsrailə raket zərbəsi endirib. İran tərəfi hücumun İsrailin hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bəyan edib.