
ABŞ-nin mikser təşkilatları: USAID-in arxasnda pərdələnən MKİ
08:05 17.11.2023
Gündəm
640
"Özünü humanitar, uzunmüddətli iqtisadi və sosial inkişafın dəstəklənməsinə xidmət edən təşkilat kimi tanıdan qurumlar əslində müəyyən dairələrin maraqlarına xidmət edir".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmin Səftərov ABŞ-nin Azərbaycandakı şəbəkələrindən danışarkən deyib.
Analitik bildirib ki,onların məqsədi isə sabitlik hökm sürən ölkələrdə maliyyə ayrılmaqla iğtişaşlar yaratmaq, münaqişələri alovlandırmaq və planlaşdırmaqdır:
"Bu kimi təşkilatlar, əsasən, Avropanın və Qərbin öndə gedən ölkələrinin maraqlarına xidmət edir. Misal olaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Fridrix Nauman, Marşall, İREX və digər qurumları göstərmək olar. Onları birləşdirən əsas cəhət isə öz nizamnamələrindən kənar işlər görmək, maliyyə ayıraraq pozuculuq, daxildə qarşıdurma yaratmaqdır.
Məsələn, USAID poroqramlarında kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. Reallıqda isə adı hər zaman ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd və digər hadisələrdə hallanıb. Eyni zamanda, ABŞ-ın əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir. Bütün bunlar isə qeyd etdiklərimizin reallığa əsaslandığını sübut edir. USAID-in arxasında isə ABŞ kimi nəhəng dövlətin olduğunu heç kimə sirr deyil. Bu kimi şəbəkələr əksər ölkələrə təsir mexanizmi kimi istifadə olunur. QHT-lərə, müəyyən siyasi-ictimai əhəmiyyətli şəxslərə, təhsil müəssisələrinə böyük qrantlar ayırmaqla öz məqsədlərinə çatmaq üçün fəaliyyət həyata keçirirlər. Həmin təşkilatlar qanunsuzluqla məşğul olduğu üçün həbs olunan şəxslərin, LGBT kimi ailə dəyərlərinin məhv edilməsinə xidmət edən insanların müdafiə edilməsinə səy göstərir. Həmçinin təkcə öz məqsədlərinə uyğun olaraq müəyyən şəxslərə və qruplara maliyyə ayırır, onları müdafiə edir.

E.Səftərov əlavə edib ki, USAID siyasi məsələlərdə də qərəzli şəkildə fəallıq nümayiş etdirir:
"Bu ilin sentyabrın 19-dakı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID-ın rəhbəri Samanta Pauer Ermənistana səfərə getdi. O, səfər zamanı isə “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi. Belə anlaşılır ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi böyük güclərin Cənubi Qafqazla bağlı planlarını pozub. Artıq ABŞ və Fransa başda olmaqla bəzi Qərb dövlətləri paralel olaraq Ermənistana yardımlarla, Azərbaycana isə təzyiqlərlə öz mövqelərini nümayiş etdirirlər. Ölkəmizdə öz məqsədlərinə nail ola bilməyən dairələr artıq açıq mübarizəyə keçiblər. Çünki Azərbaycan müstəqil dövlət kimi öz maraqlarına uyğun şəkildə siyasət həyata keçirir. Qərb dairələri isə müxtəlif regionlarında qarşıdurma, xaos yaradaraq həmin dövlətin təbii sərvətlərini mənimsəməyi öz ana siyasətlərinə çevirdikləri üçün Azərbaycanın haqq işinə kölgə salmaq, müxtəlif təzyiqlərlə nələrsə nail olmaq istəyirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq