ABŞ-nin NATO planı ilə bağlı iddia: Hərbi qüvvələr azaldılır

ABŞ-nin NATO üzrə gizli plan hazırladığı iddia olunub. “New York Times”ın iki avropalı rəsmi mənbəyə istinadən yaydığı xəbərə görə, Donald Tramp administrasiyası NATO-nun Avropadakı hərbi əməliyyatlarında istifadə olunan aviasiya və dəniz qüvvələrini azaltmağı planlaşdırır.

Sherg.az xəbər verir ki, iddialara görə, F-16 və F-15E qırıcılarının sayı 150-dən 100-ə endiriləcək, dəniz kəşfiyyat təyyarələri 26-dan 15-ə düşəcək, Avropaya təyin olunan 8 yanacaq doldurma təyyarəsi isə tamamilə geri çəkiləcək.

Məlumata əsasən, bu addım NATO-nun uzaqmənzilli əməliyyat və kəşfiyyat imkanlarını zəiflədə bilər. Plan çərçivəsində bəzi hərbi gəmi və bombardmançı qüvvələrin də digər bölgələrə yönləndirilməsi nəzərdə tutulur.

NATO və ABŞ Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.