ABŞ ordusu İrana son hücum zamanı 20 hədəfə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Kanalın mənbəyi əlavə təfərrüatlar verməyib, amma İran əks-hücum etmək qərarına gələrsə, ABŞ ordusunun cavab verməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl “Fox News” körpülər və elektrik stansiyaları da daxil olmaqla, İranın infrastrukturuna yeni zərbələr endirməyə yaxın olduqlarını açıqlayıb.