ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Hörmüz boğazı vasitəsilə daşınan neftin həcminin bərpa olunaraq sutkada 18 milyon barelə çatdığını göstərən infoqrafika yayımlayıb.
Teleqraf xəbər verir ki, İranla müharibə başlamazdan əvvəl bu göstərici sutkada 20 milyon barel təşkil edib.
“Hörmüz boğazından neft tədarükünün həcmi bərpa olunub”, - Tramp bildirib.
ABŞ-nin energetika naziri Kris Rayt bundan əvvəl bəyan etmişdi ki, sentyabrın 1-də Hörmüz boğazından neft tədarükünün həcmi sutkada 17 milyon bareli ötüb.