ABŞ Senatının Qarabağa maliyyə ayırması qəbuledilməzdir
11:26 31.07.2022
Gündəm
486
Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var
ABŞ Senatı 2023-cü il büdcəsində “minaların təmizlənməsi” adı ilə Qarabağa 2 milyon dolların ayrılması haqda qanun layihəsini təsdiqləyib. 2022-ci il büdcəsində Qarabağa maliyyə yardımı ayrılsa da, 2023-cü il dövlət büdcəsində bunun olmayacağı gözlənilirdi. Amerika Erməni Konqresi bununla kampaniya aparacaqlarını açıqlamışdı. Görünür, erməni diasporu istəyinə nail olub.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, qanun layihəsi tövsiyə xarakteri daşıyır.
Ekspertə görə, mümkündür ki, Bayden Administrasiyası gələn ilin büdcəsində Qarabağa maliyyə yardımı ayrılmasına razılaşmasın:
"Hərçənd, Senatın bu qərarı ABŞ kimi bir ölkənin lobbi qruplarının əlində qaldığının da nümunəsidir. Burada dəyişən siyasi maraqlar da rol oynayır. İstisna deyil ki, son günlər “Minsk qrupu”nu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı bu kartı da aktual olaraq saxlayır. Qarabağa maliyyə ayrılması, ümumiyyətlə bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var. Maraqlı məqamlardan biri 44 günlük müharibədən sonra “minaların təmizlənməsi” və “humanitar dəstək” adı ilə Qarabağa ayrılan Amerika dollarlarının kimlər tərəfindən xərclənməsidir?".
Analitik bildirib ki, müharibədən öncə bu pullara separatçı-terrorçu rejim nəzarət edirdi:
"Müharibədən sonra isə Qarabağda separatçı-terrorçu rejimin qaldığı ərazilərdə Rusiya sülhməramlılarının “hakim” olduğu bəllidir. İstisna deyil ki, ruslar bu pulların xərclənməsində də hansısa formada iştirak edirlər. ABŞ Rusiya ilə qobal səviyyədə müharibə aparsa da, Qarabağda eyni ilə - separatçılığın müdafiəsinə oynadığı rol aydın görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya