ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh sazişi ilə başa çatacağına nikbin yanaşır.
Teleqraf "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan rəsmisi məlumat verib.
Məlumata görə, ABŞ rəhbərliyi və onun komandası münaqişənin dayandırılmasında müsbət rol oynamaq niyyətindədir:
"Tramp Rusiya Prezidenti Vladimir Putinin sülh sazişi bağlamağa hazır olduğunu və müharibənin onun prezidentlik müddəti bitənədək həll edilə biləcəyini bildirib".