Ağdamda 15 yaşlı qız itkin düşüb

Ağdamda 15 yaşlı qız itkin düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunda yetkinlik yaşına çatmayan kənd sakini evdən çıxaraq bir daha geri qayıtmayıb. Hadisə rayonun Səfərli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü Nigar Musa qızı Səfərli bir nəfərlə birlikdə ailəsindən xəbərsiz olaraq evdən gedib.

Ailəsi qızın evə dönməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediblər.

Faktla bağlı araşdırma başlanılıb.