Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclasında Ermənistanla normallaşma prosesi müzakirə olunub
Yusif Nəzərli
15:20 19.06.2024
Gündəm
501
Avropa İttifaqı və Azərbaycan tərəflər arasında Təhlükəsizlik Dialoqunun beşinci iclasının baş tutması ilə bağlı birgə bəyanat yayıb.
APA xəbər verir ki, bu gün yayılan birgə bəyanatda qeyd olunub ki, iyunun 13-də Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib.
İclas çərçivəsində iştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar.
"İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb. Aİ regionda yaşayan bütün xalqların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyini vurğulayıb.
Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti də qeyd olunub”.
Bundan başqa, Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardımla bağlı göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Bildirilib ki, Aİ Avropa Komandası Təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına gələcək yardımlar davam etdiriləcək.
Azərbaycan tərəfi, həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib.
Görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər.
Həmçinin, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğulayıblar.
İclasa Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev həmsədrlik edib", birgə bəyanatda deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya