
Akif Aşırlı "Yusuf Akçura" mükafatına layiq görülüb
Akif Aşırlı "Yusuf Akçura" mükafatına layiq görülüb
Yusif Nəzərli
16:13 25.02.2022
Gündəm
706
Mükafat sahibinə Ankarada tarixi "Türk Ocağı" binasında təqdim ediləcək
Türk Ocaqları Mərkəzi İdarə Heyəti Azərbaycan "Türk Ocağı" başqanı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlını 2021-ci ildə uğurlu fəaliyyətinə görə "Yusuf Akçura" mükafatına layiq görüb. Bu barədə "Türk Ocaqları" genəl başqanı, professor Mehmet Öz Akif Aşırlıya göndərdiyi məktubda məlumat verib. Məsələ ilə bağlı Mərkəzi İdarə Heyətinin qərarını elan etməkdən şərəf duyduğunu bildirən Mehmet Öz mükafatın Ankarada tarixi "Türk Ocağı" binasında martın 26-da təqdim ediləcəyini bildirib. Həmin gün qurulmasında Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Nəsib bəy Yusifbəylinin, M.Ə.Rəsulzadənin iştirak etdiyi "Türk Ocaqları"nın 110-cu ildönümünə həsr olunan geniş tədbir keçiriləcək.

Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, ziyalıların və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatılacağı tədbirdə A.Aşırlının barəsində qısa təqdimat da keçiriləcək.
Qeyd edək ki, "Türk Ocaqları" bir əsrdən çoxdur ki, Türkiyənin dövlət, elm, mədəniyyət sahəsində tanınmış şəxslərin formalaşdığı ideya mərkəzi funksiyalarını yerinə yetirib.
Türkiyədə və bəzi Avropa ölkələrində 90-dan çox şöbəsi olan "Türk ocağı" 1918-1920-ci illərdə Azərbaycanda da fəaliyyət göstərib, Cümhuriyyətin qurulmasında böyük əmək sərf edib. A.Aşırlı və bir qrup ziyalılar tərəfindən Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində təşkilat yenidən bərpa olunub.
Türk Dünyasının birliyi uğrunda Müasir Türkiyənin qurulmasında böyük xidmətlər göstərən Y.Akçura əslən Krım türklərindəndir. Türkiyəyə mühacirət edib, Atatürkün ən yaxın silahdaşlarından biri olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm