Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) 14 avqust 2001-ci ildə yaradılmasının 25-ci ildönümünü qeyd edir. Partiya Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə fəaliyyətə başlayıb və indiyədək iştirak etdiyi bütün parlament seçkilərində birinci olub.
Sherg.az xəbər verir ki, AKP 2002-ci il seçkilərində 34,28 faiz səslə qalib gəlib və Abdullah Gülün rəhbərliyi ilə 58-ci hökumət qurulub. 2003-cü ildə Ərdoğanın siyasi fəaliyyətinə qoyulan qadağa aradan qaldırıldıqdan sonra o, baş nazir vəzifəsini tutub.

Partiya 2007-ci il seçkilərində 46,58 faiz, 2011-ci ildə isə 49,83 faiz səs toplayıb. 2014-cü ildə Ərdoğan Türkiyədə xalq tərəfindən birbaşa seçilən ilk prezident olub. 2017-ci il referendumundan sonra isə prezidentin partiya üzvlüyünə qayıtmasına imkan verilib və Ərdoğan yenidən AK Parti sədri seçilib.
2018-ci ildə Ərdoğan prezident seçkilərində 52,59 faiz səs toplayıb, AKP isə parlament seçkilərində 42,56 faiz səslə yenidən birinci olub. Partiya MHP ilə birlikdə “Cümhur İttifaqı”nı formalaşdırıb.
2023-cü il prezident seçkilərinin ikinci turunda Ərdoğan 52,18 faiz səslə yenidən prezident seçilib. 2024-cü il yerli seçkilərində isə AKP 35,49 faiz səs toplayaraq 24 il və 357 rayon bələdiyyəsində qalib gəlib.
2025-ci ildə keçirilən AKP-nin 8-ci Böyük Qurultayından sonra partiya rəhbərliyində genişmiqyaslı yenilənmə aparılıb. Mərkəzi Qərar və İdarə Heyətinin 52 faizi dəyişdirilib.
Hazırda partiyanın siyasi gündəmində “Terrorsuz Türkiyə” prosesi də mühüm yer tutur. Bu istiqamətdə Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası yaradılıb və 2026-cı ilin avqustunda müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilərək qəbul olunub.