Almaniyada Zəfər Günü ilə bağlı sərgi təşkil edilib
Yusif Nəzərli
14:53 06.11.2021
Gündəm
749
Almaniyanın Köln şəhərindəki Domplatte kilsəsinin qarşısında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, Komitənin dəstəyi, Alman-Azərbaycan Mədəniyyət Evi və Köln Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı ilə fotosərgi nümayiş etdirilib.
Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallara və məlumatlara diqqət cəlb edilib. Kölndə yaşayan tarzən Vahid Məmmədovun ifasında Azərbaycan musiqisi səsləndirilib.
Sərgi ilə maraqlanan yerli sakinlərə bir il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı erməni işğalçılarından azad etdiyi, Qarabağda irimiqyaslı bərpa-quruculuq işlərinin başlanması barədə məlumatların əks olunduğu broşürlər və Zəfər Günü münasibətilə xüsusi hazırlanmış şirniyyatlar paylanılıb.
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou