
Alternativ enerji siyasəti güclənir- RƏY
10:14 07.06.2024
Gündəm
598
Azərbaycan bu sektorda da dövrün çağırışlarına yüksək səviyyədə cavab verir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bu reallıq 4-6 iyun tarixlərində paytaxtımızda keçirilən Bakı Enerji Həftəsində bir daha səsləndirilib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi də bu reallığı təsdiqləyir.
Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılış mərasimində dediyi kimi COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbir enerji sənayesi sahəsində dünya liderlərini bir araya gətirməsi ilə diqqəti cəlb edir. Bu da təbii olaraq, ölkəmizin dünyada nüfuzunun göstəricisi olmaqla bərabər, həmin liderlərin diqqətinin Azərbaycanın üzərinə cəmləşdirilməsini ehtiva edir. Bakı Enerji Həftəsi ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin məktubunda da qeyd olunan məqamlar Azərbaycanın dünya miqyasında nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir.
Azərbaycanın artıq qlobal aktor rolunda çıxış etdiyini vurğulayan politoloq İlyas Hüseynovun “Sherg.az"a açıqlamasına görə, ölkəmiz ildən- ilə alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük əhəmiyyət verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir:

“Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirakı bu mötəbər beynəlxalq tədbirin aktuallığını təsdiqləməklə yanaşı, Azərbaycanın möhkəmlənən mövqeyinin göstəricisidir. Azərbaycanın iqtisadi imkanlarının təqdimatına, investorların ölkəmizə gəlişinə yol açan sərgi bu gün Bakı Enerji Həftəsi adı ilə özündə mühüm tədbirləri ehtiva edir. Ən əsası hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinin Bakı Enerji Həftəsində müzakirə olunan mövzular sırasına daxil edilməsi Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da dövrün çağırışlarını yüksək səviyyədə cavablandırdığını nümayiş etdirir.
3 mühüm tədbiri özündə birləşdirən Bakı Enerji Həftəsi və enerji sahəsində tanınmış mütəxəssisləri və qlobal şirkətlərin nümayəndələrini cəlb etməklə çox böyük bir tədbirdir”.
İ.Hüseynovun sözlərinə görə, neft və qaz sahəsi ilə yanaşı, Azərbaycan həm də alternativ və bərpaolunan enerji sahəsinə də böyük diqqət ayırır. Məhz bu xüsusda ölkəmizdə noyabr ayında qlobal iqlim dəyişikliklərinə həsr olunmuş ekoloji tarazlığın qorunması ilə bağlı COP29 konfransı keçiriləcək:
“O cümlədən də Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən 2024-ci il “Yaşıl dünya naminə həmrəylik İli” elan olunub. Artıq cari il ərzində silsilə tədbirlər keçirilməkdədir. Şübhəsiz ki, kuliminasiya nöqtəsi COP29 tədbiri olacaqdır. Düşünürəm ki, ümumilikdə bu tədbir hər il keçirilməsi ilə bütün dünyaya səs salır və Prezident İlham Əliyevin çıxışında da xüsusi məqamlar yer alıb. “Şahdəniz” yatağının istismarı və eləcə də keyifyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulması uğurlu bir nailiyyət hesab oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq