Ankarada siyasi gərginlik: CHP sabah iki fərqli toplantı ilə parçalanma riskini artıracaq

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) sabah keçiriləcək parlament qrup toplantısı ilə bağlı ciddi siyasi gərginlik yaranıb.

Sherg.az xəbər verir ki, partiya daxilində kürsüdə kimin çıxış edəcəyi mübahisə mövzusuna çevrilib. CHP sədri Kamal Kılıçdaroğlu ilə CHP parlament qrupunun rəhbəri Özgür Özəl arasında açıq fikir ayrılığı yaşanır.

Məlumata görə, Kılıçdaroğlunun sabah TBMM-də qrup toplantısı keçirəcəyi və çıxış edəcəyi bildirir. Özgür Özəl də eyni gündə özünün çıxış edəcəyi alternativ qrup toplantısının keçiriləcəyini açıqlayıb.

Özgür Özəl partiya daxilində legitimlik və səlahiyyət məsələlərinə toxunaraq, toplantının onun rəhbərliyi ilə baş tutacağını bildirib. Kılıçdaroğlu isə TBMM rəhbərliyinə müraciət edərək, qrup toplantısının təşkil olunmasını rəsmiləşdirib.

Partiya daxilində yaranan bu qarşıdurma CHP-də ciddi parçalanma ehtimallarını gündəmə gətirib. Kulis məlumatlarına görə, deputatlar arasında fərqli qruplaşmalar formalaşıb və vəziyyətin daha da gərginləşə biləcəyi istisna edilmir.

Müşahidəçilər sabahkı toplantının CHP daxilində yeni siyasi böhran mərhələsi yarada biləcəyini bildirirlər.