Arxiyepiskop Qalstanyan: “Əhalinin yarıdan çoxu hakimiyyəti rədd edib”

Ermənistanda “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan parlament seçkilərinin nəticələrini şərh edib.

Sherg.az-ın məlumatına görə, o bildirib ki, hakim partiyanın 49% səs toplaması o deməkdir ki, seçicilərin təxminən 51%-i faktiki olaraq hakimiyyəti dəstəkləmir və ona qarşı mövqe sərgiləyir.

Qalstanyanın sözlərinə görə, 7 iyun seçkiləri hökumətin legitimliyini gücləndirməkdən çox, cəmiyyətdə narazılığın davam etdiyini göstərib. O həmçinin seçki prosesində saxtakarlıqlar və təzyiqlər olduğunu iddia edib.

Arxiyepiskop qeyd edib ki, hazırkı siyasi şəraitdə hakimiyyətin təkbaşına mühüm qərarlar qəbul etməsi çətinləşə bilər.