"ATA İttifaqı"  kimə dəstək verəcək?

Prezidentliyə namizəd Sinan Oğanın  seçkilərin ikinci turunda kimə dəstək olacağı hələ də maraq mövzusu olaraq qalır. 

Sabah Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuş Zəfər Partiyasının sədri Ümit Özdağ, CHP sədri Kamal Kılıçdaroğlu isə Ədalət Partiyasının sədri Vecdət Öz ilə görüşəcək.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Numan Kurtulmuş Ümit Özdağı ziyarət edəcək. Görüş mətbuata qapalı keçiriləcək.

Saat 14-də keçirilməsi planlaşdırılan toplantıda Ata İttifaqının  prezident Ərdoğana dəstək olub-olmayacağı müzakirə olunacaq.

Eyni zamanda Ankarada daha bir görüş var. Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu və başçılıq etdiyi nümayəndə heyəti saat 13:30-da Ata İttifaqını təşkil edən partiyalardan biri olan Ədalət Partiyasına səfər edəcək.

Ədalət Partiyasının sədri Vecdət Öz prezident seçkilərində Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.