Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi

Avropa Parlamenti 583 “lehinə”, 49 “əleyhinə” və 39 “bitərəf” səslə Ermənistan mallarının ticarətinin müvəqqəti liberallaşdırılması tədbirlərinin (Autonomous Trade Measures) tətbiqinə dair qərarı təsdiqləyib.

Teleqraf xəbər verir ki, təşəbbüsü Avropa Komissiyası tərəfindən irəli sürülüb.

Məqsəd Ermənistan məhsullarının Avropa İttifaqı bazarına çıxışını genişləndirməkdir.

Müvəqqəti ticarət tədbirlərinin Ermənistanla Aİ arasında iqtisadi əməkdaşlığı daha da yaxınlaşdıracağı gözlənilir.